IQNA

Dünyada kilsə həyatına və məzhəbi ayinlərin icrasına meyillilik azalır

23:42 - November 22, 2020
Xəbər sayı: 3488685
Tehran (IQNA)  - Dünyanın Katolik kilsələri hazırda insanların kilsə həyatına və məzhəbi ayinlərin icrasında iştiraklarının azalmasını təcrübə edir.

Dünyanın Katolik kilsələri hazırda insanların kilsə həyatına və məzhəbi ayinlərin icrasında iştiraklarının azalmasını təcrübə edir.

Kilsə həyatı və dini ayinlərin icrasına meyilin azalması katolik mərkəzlərinə yönələn maddi dəstəyin də azalması ilə müşahidə edilir.

İtaliyanın dünyadakı katolik kilsələri barədə yaydığı illik hesabata görə, insanların kilsəyə meyili azalıb.

Bu, sıravi katolik insanların sayının azalmasında, hətta keşiş, məzhəbi mübəlliğ, yepiskop, rahibə və kilsəyə ianə verənlərin də sayında aşkar bir şəkildə gözə çarpır.

İllik hesabata görə, 2018-ci ildə dünyanın 7.5 milyardlıq cəmiyyətinin 1 milyard 328 milyon 993 nəfəri katolik məsihilər təşkil edib. Bu rəqəm isə 2013-cü il ilə müqayisədə 25 milyon nəfər azdır. Keşiş və rahiblərin də sayında oxşar azlıq baş verib.

Katolik xristianların sayının azalması əsasən Avropa, Amerika və Okeaniya ölkələrinin payına düşür. Asiya və Afrika ölkələrində isə katoliklərin sayında nisbi çoxalma olub.

Katoliklərin sayında azalma bir halda baş verir ki, dünyada 73164 məktəbə hazırlıq mərkəzi, 103146 ibtidayi məktəb və 49541 orta təhsil məktəbi Katolik Kilsəsi Təşkilatı tərəfindən himayə və idarə edilir. Həmin təhsil mərkəzlərində hər il 6 milyon şagird təhsil alır.  

Bundan əlavə Katolik Kilsəsi Təşkilatının 5192 xəstəxana, 15481 aptek, 577 cüzam xəstəliyinin müalicəsi mərkəzi, 15423 qocalar və xəstələr evi, 9295 yetimxana, 10747 uşaq bağçası, 12515 ailə qurmaq üçün müşavirə müəssisəsi, 3225 islah evi və 31091 digər oxşar sahələrə aid müəssisələri var.

Katoliklərin sayının azalması və kilsəyə gələn ianələrin kəsilməsi bu mərkəzlərin idarəsini Vatikan üçün çətinləşdirəcək. /3936657

Teqlər: vatikan ، kilsə ، keşiş ، xristian ، məsihi ، rahibə ، katolik
captcha