IQNA

9:21 - November 29, 2020
Xəbər sayı: 3488739
Tehran (IQNA) - Kanadanın Kvebek əyalətinin apellyasiya məhkəməsi 2016-cı ildə məscidə silahlı hücum edərək 6 nəfər müsəlmanı qətlə yetirən və 19 nəfəri yaralayan cinayətkarın cəzasını yüngülləşdirib.

Tehran (IQNA) -  Kanadanın Kvebek əyalətinin apellyasiya məhkəməsi 2016-cı ildə məscidə silahlı hücum edərək ibadət ocağında namazqılan 6 nəfər müsəlmanı qətlə yetirən və 19 nəfər namazqılanı yaralayan cinayətkarın cəzasını yüngülləşdirib.

Kanadanın Kvebek əyalətinin İslami Mərkəz və Məscidinin sözçüsü bu məsələyə etiraz edərək deyib: Biz bu faciəvi cinayətin amili barədə ədalətin icra edildiyinə inanmırıq.

Kanadanın Kvebek əyalətinin apellyasiya məhkəməsi məsciddə terror törədən 31 yaşlı Aleksandr (Alexandre) Bissonnettenin barəsində verilmiş hökmü yüngülləşdirərək 25 il həbsə, həm də şərti azad olmaq ehtimalı ilə endirib.

Apellyasiya məhkəməsi bəyan edib ki, cinayətkar barəsində çıxarılan birinci hökm bu ölkənin hüquq və azadlıq nizamnaməsinə ziddir və məntiqi bir hökm deyil.     

Kvebek əyalət məhkəməsi isə bundan öncə 2017-ci ilin Yanvar ayının 29-da məscidə girərək 6 nəfəri güllə ilə öldürən və 19 nəfəri yaralayan cinayətkar barəsində 40 il şərti azadlıq ehtimalı olmadan iki əbədi həbs hökmü çıxarmışdı.

Qeyd edək ki, 31 yaşlı Aleksandr (Alexandre) Bissonnette 2016-cı ildə Axşam namazından az sonra Kvebek İslam Mərkəzinin məscidinə girərək namazqılanları güllələmişdi. Terror zamanı 6 namazqılan qətlə yetirilmiş və 19 nəfər yaralanmışdı. Bu hadisə hamını şoka salmışdı. Prokurorlar bu cinayətkara əvvəlcə öldürülən hər şəxsə görə 25 il (ümumilikdə 150 il) həbs cəzası istəmişdilər.

Kvebek İslam Mədəniyyəti Mərkəzinin təsisçilərindən biri olan Boufelca bin Abdullah apellyasiya məhkəməsinin hökmünə etiraz edərək deyib: Qatilin cəzasının yüngülləşdirilməsi gələcəkdə belə hücumları planlaşdıranlara yanlış bir mesaj ötürür. Biz təkcə özümüzü düşünmürük, bütün Kvebek cəmiyyətini düşünürük. Biz bu faciəvi cinayətin barəsində ədalətin icra edildiyinə inanmırıq. /3937744  

Ad:
E-poçt:
* Comment:
* captcha: