IQNA

17:38 - December 01, 2020
Xəbər sayı: 3488758
Qarabağda istehsal olunan xalçalar dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq, ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövqünü əks etdirib. 

Azərbaycan respublikasının Qarabağ diyarının hər şəhərinin, hər  kəndinin özünəməxsus xalça ənənələri var.

Tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq, ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövqünü əks etdirib. 

Bunu nəzərə alaraq, İkinci Qarabağ Müharibəsi günlərində Azərbaycan Milli Xalça Muzeyi “Qarabağ xalça xəritəsi”ni hazırlayıb və izləyicilərinə təqdim edib.

Bu xəritədə hər bir şəhərə, rayona aid xalça nümunələri ağ-qara rənglərdə təsvir olunmuşdu. Azərbaycanın müqəddəs İslam torpaqları işğaldan azad olunduqca “Qarabağ xalça xəritəsi” də al-əlvan rənglərə boyandı. 

Qarabağın azadlığa qovuşması ilə xəritə də tamamlanıb.

Bundan sonra Azərbaycan diyarının qız-gəlinləri yenidən Azərbaycan xalqının ruhunu, hisslərini özündə əks etdirən əsrarəngiz, tayı-bərabəri olmayan biri-birindən nəfis xalçaları Qarabağda toxuyacaqlar.

Ad:
E-poçt:
* Comment:
* captcha: