IQNA

22:26 - December 06, 2020
Xəbər sayı: 3488797
Sepah-ın sözçüsü bildirib ki, görkəmli iranlı alim Möhsün Fəxrizadənin terrorunda süni peyk ilə idarə olunan modern elektron vasitədən istifadə edilib.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) SəhərAzəri-yə istinadla xəbər verir, briqada generalı pasdar Rəməzan Şərif deyib: Sionistlər yaxşı bilirlər ki, onların əməlləri cavabsız qalmayacaqdır.

O, Bəndər-Abbas şəhərində keçirilən şəhid Fəxrizadənin anım mərasimində doktor Fəxrizadəni qoruyan dəstə başçısının terror səhnəsindəki misalçəkiləsi canfəşanlığına işarə ilə, vurğulayıb: Sionistlər yaxşı bilirlər ki, onların əməlləri cavabsız qalmayacaq və bu məsələ son illər onlara sübut olubdur.

Sepah-ın sözçüsü vurğulayıb ki, sionistlər qəsbkar olaraq, sivilizasiya kökünə malik deyillər. O, deyib: Bu saxta rejim ötən yetmiş ildə regiondakı islami ölkələrin istedadlı şəxslərindən iki min yeddi yüz nəfəri terror edib. Sionistlərin özləri bu terrorları özləri üçün iftixar mənbəyi sayaraq, həmin terrorların adlarını bir neçə kitabda yayıblar.

Briqada generalı pasdar Rəməzan Şərif islami ölkələrin, xüsusən İranın elmin zirvələrinə çatmalarını əngəlləməyi sionistlərin ən başlıca hədəfi adlandırıb. Qeyd edib ki, İslami İran şəhidlərin qanları hesabına bir çox elmi nailiyyət əldə edibdir.

Ad:
E-poçt:
* Comment:
* captcha: