IQNA

Rohinca müsəlmanları Benqal Körfəzində adaya köçürülür

20:34 - December 07, 2020
Xəbər sayı: 3488803
Banqladeş hökuməti qaçqın Rohinca (Arakan) müsəlmanlarının Myanma ilə sərhəddən Benqal Körfəzindəki ucqar adaya köçürülməsi prosesinə başlayıb.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Deyerler.org-a istinadən xəbər verir ki, BBC-nin məlumatına görə, Banqladeş hökumətinin bu addımı insan haqları qruplarının Rohinca qaçqınlarının istəklərinə zidd olduğunu söylədikləri bir vaxtda atılıb.

Reuters-in məlumatına görə, Banqladeş bu qaçqınlardan 1600 nəfəri cümə gününə qədər Benqal Körfəzindəki uzaq Basan Çar adasına köçürüb. Adanın daşqınlara meylli olduğu deyilir və hər il adanı dağıdıcı daşqınlar vurur.

Benqal körfəzi Hind okeanının şimal-şərq hissəsində yerləşir.

Banqladeş səlahiyyətliləri, qaçqınlarının hamısının adaya köçürülməsini qəbul etdiklərini söyləyirlər.

Bununla yanaşı BBC Banqladeş sərhədindəki Rohinca qaçqınlarının uzaq adaya köçürülmək istəmədiklərini dəfələrlə qeyd etdiklərini söyləyir.

BMT isə, köçürülmə prosesi haqqında az məlumat verildiyini və məlumatlandırılmadığını söyləyib.

İnsan haqları qrupları, Banqladeş sərhədindən keçmələrinin istəklərinə zidd olmasından narahat olduqlarını söyləyirlər.

Banqladeşin xarici işlər naziri Əbdül Momen, Dəkkə hökumətinin heç kimi zorla ora aparmayacağını və bu mövqeyini qoruyacağını iddia edir.

Xatırladaq ki, Myanmanın qərbində yaşayan Rohinca müsəlmanları üç il əvvəl Myanma ordusunun dəstəklədiyi ekstremist buddistlər tərəfindən qətliam və soyqırıma məruz qalaraq, Banqladeş sərhədlərinə sığınmışdı.

BMT zorakılıqlar vaxtı 10.000-dən çox insanın öldüyünü və 700.000-dən çoxunun didərgin düşdüyünü təxmin edir.

Myanma hökuməti Rohinca müsəlmanlarını ölkənin vətəndaşı hesab etmir və onlara heç bir sosial və ya siyasi hüquq vermir.

Teqlər: rohinca ، müsəlman ، arakan ، myanma
captcha