Fələstinin "İslami Cihad" hərəkatı Livanın "Hizbullah" hərəkatı ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, İsrail rejimi artıq heç bir halda təhlükəsiz olmayacaq.

Yazılı açıqlamada bildirilir ki, "Hizbullah"a məxsus pilotsuz uçan aparatın işğal altındakı əl-Cəlil bölgəsindəki kəşfiyyat uçuşu böyük strateji əhəniyyətə malikdir.
"Bu hadisə "Hizbullah" nümunəsində müqavimət cəbhəsinin özünü hərbi sahədə necə inkişaf etdirildiyini göstərir. Artıq İsrail rejimi qorxu içərisindədir", - deyə açıqlamada diqqətə çatdırılıb.
Qeyd olunub ki, İsrail rejimi artıq heç bir halda təhlükəsiz olmayacaq.