IQNA

Yeni Zelandiyada Quran sərgisi keçiriləcək

21:03 - December 10, 2020
Xəbər sayı: 3488820
Tehran (IQNA) -  Yeni Zelandiyanın Nelson şəhərində Quran və İslamın tanıtdırılması hədəfi ilə cari həftənin Şənbə günü (12 Dekabr 2020) sərgi keçiriləcək.

Yeni Zelandiyanın Nelson şəhərində Quran və İslamın tanıtdırılması hədəfi ilə cari həftənin Şənbə günü (12 Dekabr 2020) sərgi keçiriləcək.

Bundan öncə Yeni Zelandiyanın müxtəlif şəhərlərində keçirilmiş bu sərgi ilk dəfə Nelson şəhərində də keçiriləcək.

Sərigdə Yeni Zelandiyanın yerli əhalisinin danışdığı "Mauri" dilində Qurani-Kərimin tərcüməsi nümayiş olunacaq, seminar və sual-cavab iclası təşkil ediləcək.

Sərgi Müstənsir Qəmər adlı müsəlman bir alimin təşəbbüsü ilə keçirilir. O, bir neçə ildir ki, qeyri-müsəlmanların İslam barədə yanlış təsəvvürlərinin islah edilməsi üçün ictiami fəaliyyət göstərir.

Qurani-Kərimin onun təşəbbüsü ilə Mauri dilinə tərcümə edilib. Quranın bu dilə tərcümə edilməsi 20 il çəkib.

Sərgidə Qurani-Kərimin mesajları barədə üç seminar keçiriləcək.

/3940243

captcha