IQNA

8:12 - December 11, 2020
Xəbər sayı: 3488826
Tehran (IQNA) -  Hindistanın "Milli İslam Universiteti"nin təşəbbüsü və İranın Əllamə Təbatəbai Universitetinin həmkarlığı ilə "İran və Hindsitanda İslami Araşdırmalar" vebinarı keçiriləcək.

Hindistanın "Milli İslam Universiteti"nin (Jamia Millia Islamia) təşəbbüsü və İranın Əllamə Təbatəbai Universitetinin həmkarlığı ilə "İran və Hindsitanda İslami Araşdırmalar" vebinarı keçiriləcək.

İran və Hindistan təhsil ocaqlarının müştərək elmi həmkarlıqlarının genişləndirilməsi fonunda keçirilən bu vebinarda İranın Yeni Dehlidəki Mədəniyyət Əlaqələri Mərkəzi də həmkarlıq edəcək.

İranın Dehlidəki Mədəniyyət Əlaqələri Mərkəzinin rəisi, Hindistan Milli İslam Universitetinin departament rəisi Şahid Əli və Əllamə Təbatəbai Universitetinin İlahiyyat İnstitutunun rəisi Dr. Şərifi virtual iclasda vebinarın keçirilməsi barədə razılığa gəliblər.

Müxtəlif elmi iclas və təlim panellərini ehtiva edən bu vebinar Dekabr ayının 17-də keçiriləcək. Vebinarda İslami Araşdırmalarla bağlı illik proqram hazırlanacaq. /3940342

Ad:
E-poçt:
* Comment:
* captcha: