IQNA

18:25 - December 11, 2020
Xəbər sayı: 3488829
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Türkiyə prezidentinin Bakı səfərində müdaxilə mahiyyətli və qəbuledilməz sözlərinə reaksiyada Türkiyənin Tehrandakı səfirinin çağırtdırılmasından xəbər verib.

Türkiyənin Tehrandakı səfiri İİR XİN-ə çağırtdırılıbBeynəlxalq Quran Xəbər Agentliyi SəhərAzəri-yə istinadla xəbər verir, Səid Xətibzadə deyib: Bu gün, cümə günü Türkiyənin Tehrandakı səfiri İran xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş müdiri tərəfindən nazirliyə çağırtdırılıb və etiraz hallarının bəyan edilməsilə yanaşı, səfirə vurğulanıbdır ki, İran İslam Respublikası Türkiyə hökumətinin bu barədə dərhal izahat verməsini tələb edir.

Xətibzadə sonra söyləyib: Bu çağırış zamanı Türkiyə səfirinə bəyan edilibdir ki, ərazi iddiaları, həmçinin militarist və ekspansianist imperiyalar dövrü çoxdandır ki, arxada qalıbdır.

İranın xarici siyasət aparatının mətbuat katibi deyib: Türkiyə səfirinə vurğulanıbdır ki, İran İslam Respublikası heç kəsə öz ərazi bütövlüyünə müdaxilə icazəsi verməyəcək və onun iftixarlarla dolu tarixinin də təsdiq etdiyi kimi, öz milli təhlükəsizliyi barədə azacıq da olsun belə, güzəştə getməyəcəkdir.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi münasibətilə Azərbaycan Respublikasının hərbi qüvvələrinin parad mərasimində iştirak etmək üçün Bakıya səfər etmişdi.

Ərdoğan dünən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin də iştirak etdiyi bu mərasimdə İran ilə Azərbaycan Respublikası sərhədində yerləşən Araz çayı barədəki bir separatçı şerdən bir beyt oxumuşdu.

Teqlər: Türkiyə ، Tehran ، İİR ، XİN
Ad:
E-poçt:
* Comment:
* captcha: