IQNA

İİR-nın 43. Milli Quran Yarışlarının yekun mərasimi - Foto

21:25 - December 12, 2020
Xəbər sayı: 3488834
Mərasimdə İranın İslami İrşad və Mədəniyyət Naziri Seyyid Abbas Salehi və İran İslam Fondları və Xeyriyyə İşləri Təşkilatının rəisi Höccətul-İslam vəl-müslimin Seyid Mehdi Xamuşi iştirak ediblər.

Tehran (IQNA) -  İran İslam Respublikasının İslami Fondlar və Xeyriyyə İşləri tərəfindən keçirilən 43. Qurani-Kərim yarışları başa çatıb.

Bu Quran yarışları Qurani-Kərimin kamil hifzi, 20 cüz hifzi, tərtil, qiraət, Azan, Dua, tək və qrup halında təvaşih (dini nəğmə) üzrə kişilər və qadınların iştirakı ilə keçirilib.

Bir həftə davam edən yarışların hər iki kateqoriyada bütün ixtisaslar üzrə qalibləri elan edilib.

Bu yarışların qalibləri İran İslam Respublikasının gələn ilki milli Quran yarışlarında iştirak edəcəklər.

Yarışların yekun mərasimi ötən gün (Cümə, 11 Dekabr 2020) Tehranın İrəm Hotelində keçirilib.

Mərasimdə İran İslam Respublikasının İslami İrşad və Mədəniyyət Naziri Seyyid Abbas Salehi və İran İslam Fondları və Xeyriyyə İşləri Təşkilatının rəisi Höccətul-İslam vəl-müslimin Seyid Mehdi Xamuşi iştirak ediblər. /3940439

 
captcha