IQNA

23:08 - December 17, 2020
Xəbər sayı: 3488873
Tehran (IQNA) -  Hollandiyanın paytaxtı Amsterdam şəhərində yerləşən "Ayasofiya" məscidi naməlum irqçi şəxslərin hücumuna məruz qalıb.

Hollandiyanın paytaxtı Amsterdam şəhərində yerləşən "Ayasofiya" məscidi naməlum irqçi şəxslərin hücumuna məruz qalıb.

Hollandiyanın paytaxtı Amsterdam şəhərinin Ayasofiya məscidinin İslami Fond İdarəsi rəisi Qazi Cırık bu barədə məlumat verərək deyib: Üzünü maska ilə örtmüş naməlum bir şəxs həftənin Çərşənbə Axşamı günü (15 Dekabr 2020), səhər saatlarında məscidə hücum edərək şüşələrini sındırıb.

Həmin şəxs həftənin Bazar Ertəsi günü İşa (xüftən) namazından sonra məsicdə gəlib, gecənin qaranlığından istifadə edərək daşla məscidin şüşələrin sındırmağa çalışmışdı.

Radikal irqçi şəxsin üzü gizli təhlükəsizlik kameraları ilə qeydə alınıb və bu barədə onun əleyhinə polisə şikayət ediləcək.

Qazi Cırık son aylarda digər məscidlərin də oxşar hücumlara məruz qaldığına işarə edərək bu məsələ barədə nigaran olduğunu bildirib və şəhər merlərindən istəyib ki, məscidlərin təhlükəsizliyini qorumaq və məscidlərin ətrafını işıqlandırmaq üçün tədbir görsünlər. /3941415

Ad:
E-poçt:
* Comment:
* captcha: