IQNA

Sənada İmam Əliyə (ə) mənsub Müshəf nüsxəsi nümayiş olundu

0:18 - December 20, 2020
Xəbər sayı: 3488883
Tehran (IQNA) - Yəmənin paytaxtı Səna şəhərinin Came məscidində Həzrət İmam Əliyə (ə) mənsub bir Müshəfin əlyazma nüsxəsinin üz çıxarışı ümumi sərgidə göstərilib.

Yəmənin paytaxtı Səna şəhərinin Came məscidində Həzrət İmam Əliyə (ə) mənsub bir Müshəfin əlyazma nüsxəsinin üz çıxarışı ümumi sərgidə göstərilib.

Bu barədə Yəmənin İslami İrşad və Fondlar Nazirinin müavini Fuad Naci məlumat verib.

O deyib: Sənanın Came Məscidinin şərq hissəsində ümumi sərgiyə çıxarılan əlyazma Quran nüsxəsi Həzrət İmam Əliyə (ə) mənsub Müshəfin üz çıxarışıdır.

Naci əlavə edib: Bu Müshəfin orjinal nüsxəsi Sənanın Came məscidinin kitabxanasında qorunur. Kitabxanada İslami irsə aid bir çox qiymətli və dəyərli eksponantlar var ki, yəmənli alimlər və mirzələr tərəfindən kitabət edilib. Bu qiymətli əsərlər İslam tarixi və humanitar elmlərin müxtəlif mərhələlərini araşdırmaçılara aydınlaşdırır.

Fuad Naci vurğulayıb: Sənanın Came məscidinin kitabxanasında 1200 nüsxə əlyazma Quran, Quran ayələrini ehtiva edən 300 parça dəri, Quran ətrafında yazılmış beş min yazılı nüsxə, siyahısı çıxarılmış 2 min 532 əlyazma nüsxə, 700 siyahısı çıxarılmamış əlyazma nüsxə və 5000-dən çox qədim üsulla çap edilmiş kitab mövcuddur.

O əlavə edib: Kitabxana elektronik avadanlıqlarla təchiz edilib. Kitabxananın rəsmi internet saytında əlyazma nüsxələr və Quranlar barədə ətraflı məlumat yerləşdirilmişdir. /3941764

captcha