IQNA

"Quran və sünnə baxımından cihadın prinsip və əsasları" kitabı nəşr edildi

8:27 - December 21, 2020
Xəbər sayı: 3488892
Tehran (IQNA) - İraqda qərbin müsəlman cavanlar arasında zəhirli radikal və təkfirçi təbliğatına qarşı və İslamda həqiqi cihadın meyar, prinsip və əsaslarını açıqlayan yeni kitab çap və nəşr edilib.

Tehran (IQNA) - İraqda qərbin müsəlman cavanlar arasında zəhirli radikal və təkfirçi təbliğatına qarşı və İslamda həqiqi cihadın meyar, prinsip və əsaslarını açıqlayan yeni kitab çap və nəşr edilib.

"Quran və Sünnə baxımından cihadın prinsipi, əsasları və qaydaları"

اصول الجهاد و قواعده علی ضوء القرآن و السنة

adlanan bu kitab İran İslam Respublikasının İraqdakı Mədəniyyət Əlaqələri Mərkəzinini təşəbbüsü ilə paytaxt Bağdadda çap və nəşr edilib.

Kitabda qərb ölkələrinin, xüsusi ilə də Amerika və sionizmin müsəlman cavanlar arasında zəhirli təkfirçi və radikal düşüncələr yaymasına, müsəlman cavanlarını necə terror toruna salmaları barədə planlarına aydınlıq gətirilib və cihadın Quran və sünnə baxımından qayda və prinsipləri izah edilib.

Qeyd edək ki, imperialist qərb ölkələri müxtəlif vasitələr ilə, o cümlədən müsəlman ölkələrində düşüncələri zəhərləryən kitablar yaymaqla və sosial şəbəkələrdə müsəlman cavanları məzhəbi təfriqəyə çəkmək, təkfirçi və radikal düşüncəni yaymaqla onları "cihad" və terror qurbanına çevirirlər.

Digər tərəfdən də İraqın bəzi ərazilərinin 4 il İŞİD terrorçu qruplaşmasının tapdağı altında qalması həmin ərazilərdə cavanların təfəkkür, din, məzhəb, cihad və mədəniyyətində mənfi və dağıdıcı təsirlər qoyub.  

Buna görə də müsəlman ümmətinin bəsirətli və agah alimləri qərbin və sionizmin zəhərli təbliğatı ilə müxtəlif üsullarla mübarizə aparırlar. Bu kitab da həmin mübarizə çərçivəsində və müsəlmanları düşmənin təhlükəli oyunundan xəbərdar etmək hədəfi ilə çap və nəşr edilib.

/3942111

Teqlər: cihad ، quran ، sünnə ، terror ، təkfir ، mədəniyyət ، din ، məzhəb
captcha