IQNA

22:14 - December 22, 2020
Xəbər sayı: 3488900
əl-Cəzirə telekanalı sənədli filmdə bir sıra ərəb ölkələrinin, xüsusən Birləşmiş Ərəb Əmirliklərinin İsrail rejiminin proqram təminatından istifadə edərək, mobil telefonları elektron sındırma halları ifşa edilib.

Qətərin Əl-Cəzirə telekanalı sənədli filmdə bir sıra ərəb ölkələrinin, xüsusən Birləşmiş Ərəb Əmirliklərinin İsrail rejiminin proqram təminatından istifadə edərək, mobil telefonları elektron sındırma halları ifşa edilib.

Əl-Cəzirənin "Böyük Sir" teleproqramı İsrail rejiminin qabaqcıl dinləmə proqramlarından istifadə edərək jurnalistlərin və siyasi fəalların mobil telefonlarına nəzarət etməsini ifşa edib.

Araşdırma zamanı, BƏƏ-nin İsrail rejiminin casus proqramı və telefon dinləmə texnologiyası şirkətləri ilə nəhəng investisiya müqavilələrini ortaya çıxıb.

Proqram çərçivəsində Kanada tədqiqat institutu ilə birlikdə, telefon danışıqları və cib telefonu nəzarəti haqqında ətraflı məlumat əldə etmək mümkün olub.

Əl-Cəzirə müxbirinin bildirdiyinə görə, İsrail rejiminin hazırladığı proqram cihaz sahibinin şübhəli işarəni təsdiqləmədən, danışıqlarını izləməyə imkan verir.

Casus tətbiqetməsi smartfona gələn anonim telefon zənginə cavab vermədən, həmin telefonu sındırmağa imkan verir.

Bu casus texnologiyası İsrail rejiminin “NSO” kiber təhlükəsizlik şirkəti tərəfindən yaradılıb. İsrail rejiminin “NSO” casus proqramının prototipinin qiyməti 3 milyon dollar məbləğində ola bilər. /3942721

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: