IQNA

20:00 - December 23, 2020
Xəbər sayı: 3488907
Müharibənin dünyanın ən böyük humanitar böhranlarından birinə səbəb olduğu Yəmənda əhalinin 80 faizi humanitar yardıma ehtiyac duyur.
Müharibənin dünyanın ən böyük humanitar böhranlarından birinə səbəb olduğu Yəmənda əhalinin 80 faizi humanitar yardıma ehtiyac duyur.
Maide.az xəbər verir ki, bu BMT-nin yaydığı hesabatda öz əksini tapıb. Bildirilir ki, ölkədə müharibə, qida çatışmamazlığı və vəba kimi xəstəliklərdən təxminən 233 min insan həyatını itirib. 
Hesabatda omda qeyd olunur ki, müharibə dövründə tətbiq olunan sanksyaların yaratdığı aclıqdan 85 mindən çox uşaq ölüb.
2020-ci ilin yanvar-sentyabr ayları arasında 1508 mülki şəxsin öldüyünü və ya yaralandığını, bunun yarısının qadın və uşaq olduğu təsdiqlənib.
Təkcə Taiz vilayətində oktyabr və noyabr aylarında 110, Hüdeidedə isə oktyabr və dekabr ayları arasında 139 mülki şəxs öldürülüb və ya yaralanıb. 
Xatırladaq ki,  artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin təcavüzü nəticəsində çox sayda mülki həyatını itirib. Lakin onlar barədə dəqiq statistika yoxdur.
Ad:
E-poçt:
* Comment:
* captcha: