IQNA

21:55 - December 27, 2020
Xəbər sayı: 3488930
Sabah, 28 Dekabr - 13 Cəmadiül- əvvəl – Həzrət Fatimeyi –Zəhranın (s) şəhadət (bir rəvayətə görə) günüdür. Həzrət Fatimənin (ə) şəhadəti günləri münasibəti ilə "Fatimiyyə Günləri" əzadarlığı başlayır. 
28 Dekabr - 13 Cəmadiül- əvvəl – Həzrət Fatimeyi –Zəhranın (s) şəhadət (bir rəvayətə görə) günüdür. 
Maide.Az o həzrətin ziyarətnaməsini təqdim edir: 

السَّلامُ عَلَيْكِ يَا مُمْتَحَنَةُ امْتَحَنَكِ الَّذِي خَلَقَكِ فَوَجَدَكِ لِمَا امْتَحَنَكِ صَابِرَةً أَنَا لَكِ مُصَدِّقٌ صَابِرٌ عَلَى مَا أَتَى بِهِ أَبُوكِ وَ وَصِيُّهُ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمَا وَ أَنَا أَسْأَلُكِ إِنْ كُنْتُ صَدَّقْتُكِ إِلا أَلْحَقْتِنِي بِتَصْدِيقِي لَهُمَا لِتُسَرَّ نَفْسِي فَاشْهَدِي أَنِّي ظَاهِرٌبِوِلايَتِكِ وَ وِلايَةِ آلِ بَيْتِكِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَجْمَعِينَ

Oxunuşu:

Əs-sələmu ələyki ya mumtəhənətum-təhənəkilləzi xələqəki, fəvəcədəki liməm-təhənəki sabirəh, ənə ləki musəddiqun sabirun ələ mə ətə bihi əbuk, və vəsiyyuhu sələvatullahi ələyhimə, və ənə əs`əluki in kuntu səddəqtuki illə əlhəqtini bitəsdiqi ləhumə litusərrə nəfsi, fəşhədi ənni zahirun biviləyətiki və viləyəti ali-bəytik, sələvatullahi ələyhim əcməin.

Tərcüməsi:

Salam olsun sənə, ey imtahan olunmuş, Allah səni xəlq etdikdən sonra imtahan etdi və səni imtahanlar müqabilində səbirli gördü. Mən sənin uca məqamını qəlbən təsdiqləyir, sənin atanın və onun canişininin (Allahın salamı olsun hər ikisinə) gətirdikləri müqabilində səbirliyəm. Səndən istəyirəm ki, əgər səni təsdiq edənlərdən olsam, mütləq məni təsdiqimlə atan Rəsuləllah (s) və onun canişini Əliyə (ə) qovuşdur ki, ürəyimi sevindirəsən. Elə isə, şahid ol ki, mən sənin və Əhli-beytinin (Allahın salamı olsun onların hamısına) vilayətinə sarılmaqla qalib olmuşam.

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: