IQNA

19:43 - December 30, 2020
Xəbər sayı: 3488955
Müqavimət komandirlərinin şəhid olduğu yer olan Bağdad hava limanına aparan küçənin adı dəyişdirilərək, şəhid Əbu Mehdi Əl-Mühəndis adlandırılıb.

Müqavimət komandirlərinin şəhid olduğu yer olan Bağdad hava limanına aparan küçənin adı dəyişdirilərək, şəhid Əbu Mehdi Əl-Mühəndis adlandırılıb.

Deyerler.org xəbər verir ki, İraqın Saberin News Telegram kanalı və bəzi digər KİV-lər bu barədə xəbər veriblər.

2020-ci ilin yanvarın 3-ü səhər saatlarında İranın İnqilab Keşikçiləri Ordusunun Qüds Korpusunun komandiri şəhid general-leytenant Qasım Süleymani və İraqın Əl-Həşduş Şəbi Qüvvələri komandirinin müavini şəhid Əbu Mehdi Əl-Mühəndis və təşkilatın digər bir neçə üzvü Trampın əmri ilə Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ-ın PUA hücumunda terror edilmişdi.

İraqın Ali Məhkəmə Şurası Məlumat Mərkəzinin üzvü Heydar Əli Nuri, bu həftə şəhid Süleymani və şəhid Əl-Mühəndis sui-qəsdində təqsirləndirilənlər və icraçıları ilə əlaqədar müvafiq məhkəmə qərarlarının veriləcəyini açıqladı.

Ad:
E-poçt:
* Comment:
* captcha: