IQNA

Azərbaycan Respublikası Kabildə səfirlik açır

23:36 - December 31, 2020
Xəbər sayı: 3488959
Azərbaycanın Kabildə səfirlik açması qərarı Həmdullah Mohibin bu ölkəyə səfərindən və Azərbaycan rəsmiləri ilə apardığı danışıqlardan sonra Azərbaycan Parlamenti tərəfindən təsdiqlənib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "səhər tv"nin informasiya portalına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Kabildə səfirlik açması qərarı Həmdullah Mohibin bu ölkəyə səfərindən və Azərbaycan rəsmiləri ilə apardığı danışıqlardan sonra Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiqlənib.

Azərbaycan parlamenti Əfqanıstanda səfirliyin açılmasının iki müsəlman ölkəsi arasındakı münasibətləri genişləndirəcəyini bildirib.

Xatırladaq ki, Əfqanıstan hökuməti daha əvvəl Qarabağ münaqişəsində Azərbaycan Respublikasına dəstək vermişdi.

Əfqanıstan son illərdə Azərbaycanla yaxşı münasibətlər qurub.

Əfqanıstanı Avropaya birləşdirəcək "Lacivərd" yolunun bir hissəsi də Azərbaycan Respublikasından keçir.

captcha