IQNA

Müqavimət mərkəzi olan ölkərlərdə eyni vaxtda Quran sədası ucaldı

7:49 - January 03, 2021
Xəbər sayı: 3488977
Tehran (IQNA) -  Qəlblərin fatehi general şəhid Hacı Qasim Süleymani və şəhid Əbu Mehdi Mühəndisin terror edildiyi gecədə eyni vaxtda bütün müqavimət cəbhəsində Quranla üns məclisi keçirildi.

Tehran (IQNA) -  Qəlblərin fatehi general şəhid Hacı Qasim Süleymani və şəhid Əbu Mehdi Mühəndisin terror edildiyi gecədə eyni vaxtda bütün müqavimət cəbhəsində Quranla üns məclisi keçirildi.

"Hərəm Müdafiəsi Şəhidləri" və Müqavimət Cəbhəsi Rəhbərlərinin şəhadətinin ildönümü münasibəti ilə dörd ölkədə, Suriya, Livan, İraq və İranda şəhidlərin xatirəsinə Quranla üns məclisi başladıldı və bütün müqavimət cəbhəsində Quran tilavətinin sədaları göylərə ucalıb.

Quranla üns məclisi ötən gecə, 2 Yanvar 2021-ci il, Tehran vaxtı ilə 18:30-da sosial şəbəkələr, Quran radiosu və İranın Quran və Maarif Televiziya Kanalından canlı yayımlanıb.

Quranla üns məclisi İraqın paytaxtı Bağdad şəhərinin hava limanından, şəhid Qasim Süleymani və şəhid Əbu Mehdi Mühəndisin terror edildikləri məkandan başlayıb. Bu məclisdə İraqlı beynəlxalq Quran qarisi Şeyx Meysəm Təmmar mübarək Ali-İmran surəsinin 169-175 və Fəcr surəsinin 27-30-cu ayələrini qiraət edib.

Sonra isə Livanın Zahiyə şəhərinin "Ruvzətuş-Şühəda" şəhidlər xiyabanında başlayan məclisdə Şeyx Məhəmməd Nəbil Əhməz mübarək Nisa surəsinin 71-76-cı ayələrin və Nəsr surəsini tilavət edib.

Suriyada Həzrət Zeynəbin (s) hərəmində keçirilən məclisdə qari Yusif Cəfərzadə Ali-İmran surəsinn 189-195-ci ayələrini və Kövsər surəsini qiraət edib.  

Mərasim Kerman şəhərində general-leytenant şəhid Hacı Qasim Süleymaninin müqəddəs məzarı üzərində qurulan üns məclisi ilə tamamlanıb. Kermanın "Şəhidlər Gülzarı"nda keçirilən məclisdə iranlı qarilər Müctəba Yədullahi (Fürqan, 61-77-cı ayələr) və Məcid Talibizadə (Əhzab surəsindən ayələr) tilavət ediblər.

Şəhid Süleymaninin xatirə mərasimi İranın Daqul-Quranil-Kərim Təşkilatı, Quran Radiosu, "Bəsic" Təşkilatı, IQNA, Quran və Maarif televiziya kanalı, Quran Mədəniyyətinin Genişləndirilməsi Şurası və İslami İrşad və Mədəniyyət Nazirliyinin Quran və İtrət Müavinliyində keçirilib.  /3945185

captcha