Tehran (IQNA) - Türkiyənin Diyanət İşləri Bakanlığı dünyanın 80 ölkəsində ehtiyaclı insanlara bir milyon nüsxə Qurani-Kərim hədiyyə edib.
Bu barədə ötən gün (5 Yanvar 2021) Türkiyə Diyanət İşləri Bakanlığının Qəyyumlar Şurasının sədr müavini Ehsan Açıq məlumat verib.
Ehsan Açıq deyib: Türkiyə Diyanət İşləri Bakanlığının 2105-ci ildə başladığı "Mənim Hədiyyəm Quran Olsun" layihəsi çərçivəsində indiyədək dünyanın 80 ölkəsində ehtiyaclı müsəlmanlara bir milyon nüsxə Quran hədiyyə edilib.
O əlavə edib: Bu layihə 2015-ci ildə bütün dünya xalqlarına Quranın səsi və sözünü çatdırmaq hədəfi ilə başladılıb və indiyədək davam edir.
Ehcan Açıq vurğulayıb: Biz dünyanın 20 dilində Qurani-Kərimin tərcüməsi, çapı və nəşrinə nail ola bilmişik. Və dünyanın 80 ölkəsinə 977 min 101 Quran nüsxəsi göndərmişik. /3945982