IQNA

ABŞ-da Tramp tərəfdarları ilə polisin toqquşmasında 4 nəfər ölüb

9:32 - January 07, 2021
Xəbər sayı: 3488998
Vaşinqtonda keçirilən etiraz aksiyalarda toqquşmalar zamanı 4 nəfər ölüb. Bunu Vaşinqton polisinin rəhbəri Robert Konti bildirib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Apa-ya istinadla xəbər verir ki, bundan əvvəl Konqres binası qarşısında polis əməkdaşının açdığı atəş nəticəsində ağır yaralanan aksiya iştirakçısı, ABŞ Silahlı Qüvvələrinin veteranı Eşli Bebbitt həyatını itirib.  R. Konti deyib ki, Konqres binası yaxınlığında qarşıdurma zamanı daha 3 nəfər ölüb.

Aksiyalarla əlaqədar 52 nəfər saxlanılıb. Onlar qanunsuz silah daşıma və komendant saatı rejimini pozmaqda günahlandırılır.

Qeyd edək ki, dünən Prezident Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqres binası qarşısında aksiya keçirib, daha sonra binaya daxil olublar. Təhlükəsizlik qüvvələri daha sonra onları binadan çıxarmağa nail olub.

Teqlər: amerika ، trump ، abş ، vaşinqton
captcha