IQNA

Seyid Həsən Nəsrullah: “Amerikalılar Trampın təhlükəsini son hadisələrlə başa düşdülər”

16:05 - January 10, 2021
Xəbər sayı: 3489014
Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən (8 yanvar) axşam çıxış edərək ABŞ-dakı proseslərə toxunub və amerikalıların Trampın təhlükəsini son hadisələrlə başa düşdüklərini bildirib.

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən (8 yanvar) axşam çıxış edərək ABŞ-dakı proseslərə toxunub və amerikalıların Trampın təhlükəsini son hadisələrlə başa düşdüklərini bildirib.

Seyyid Həsən Nəsrullah çıxışının əvvəlində təkcə Livandakı proseslər haqqında danışmalı olduğunu söyləyib, ancaq ABŞ-da, xüsusilə Donald Tramp tərəfdarlarının Konqres binasına hücumu və sonra asanlıqla gözardı ediləsi olmayan hadisələr barədə mühüm proseslərin baş verdiyini bildirib.

Seyid Həsən Nəsrullah həmçinin deyib ki, ABŞ-ın bölgədəki dostları bunu normal hadisə halına gətirməyə çalışsalar da, baş verənlər Amerikanın iddia etdiyi demokratiyanın həqiqətlərini göstərib: “ABŞ Konqresində baş verənlərin əlamətləri təhlükəlidir və ABŞ müttəfiqləri bunu azaltmağa çalışdılar, ancaq amerikalıların özləri Trampın ölkələrinə qarşı siyasi təhlükəsini hiss etdilər.

ABŞ Konqresində baş verənlər əhəmiyyətli hadisə idi. Bu hadisə, il yarımdır Livanda yaratmağa çalışdıqları hal idi. Konqresdə baş verənləri amerikalıların hökumətləri devirmək üçün başqa ölkələrə ixrac etməyə öyrəşdikləri haldır”.

Hizbullahın baş katibi ABŞ hökumətinin müqavimət komandirləri şəhid Hacı Qasım Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin terror edilməsi dı daxil olmaqla son illərdəki hərəkətlərini tənqid edərək, belə deyib: “Tramp ABŞ-ın siyasi və hərbi hegemoniyasının xam nümunəsidir”. /3946444

captcha