IQNA

Çeçenistanda Ramzan Kadırov adına məscid inşa olunacaq

22:47 - January 11, 2021
Xəbər sayı: 3489025
Qroznıda Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun adını daşıyacaq məscidin təməli qoyulub. Məscid üçün hazırlanmış layihəyə görə məsciddə eyni zamanda 2 min nəfər ibadət edə biləcək.

Qroznıda Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun adını daşıyacaq məscidin təməli qoyulub. Məscid üçün hazırlanmış layihəyə görə məsciddə eyni zamanda 2 min nəfər ibadət edə biləcək.

Respublikanın nəşriyyat naziri Əhməd Dudayev bildirib ki, ibadət ocağına Kadırovun adının verilməsini yerli camaat tələb edib.

“Respublika sakinləri artıq uzun müddət idi ki, hökumətə və ruhanilərə müraciət edib Ramzan Axmatoviçin adına məscid tikilməsini tələb edirdilər. Lakin o özü bunun əleyhinə idi. Amma bizdə demokratiyadır. Xalqın istəyi hər şeydən üstümndür”, – nazir deyib.

Xatırladaq ki, 2008-ci ildə Qroznıda istifadəyə verilən məscidə Ramzan Kadırovun atasının xatirəsinə Əhməd Kadırovun adı verilib. Bu ibadət ocağında eyni zamanda 10 min müsəlman namaz qıla bilir. /RiaNovosti

captcha