IQNA

9:38 - January 12, 2021
Xəbər sayı: 3489029
Tehran (IQNA) -  Misrin İslami Fondlar Nazirliyi 2021-ci ildə bu ölkənin 2000 məscidində "vahid azan layihəsi"nin həyata keçiriləcəyini məlumat verib.

Misrin İslami Fondlar Nazirliyi 2021-ci ildə bu ölkənin 2000 məscidində "vahid azan layihəsi"nin həyata keçiriləcəyini məlumat verib.

Misrin İslami Fondlar Nazirliyinin Strateji Büro Başçısı Əmr Şükri deyib: Bu layihə öncə məhdud məscidlərdə icra edilirdi. 2021-ci ildə isə "vahid azan" layihəsi ölkənin və Qahirə əyalətinin 2012 məscidində həyata keçiriləcək. Bununla da "vahid azan" layihəsi ölkənin 4000-dən çox məscidini əhatə edəcək.   

O əlavə edib: Bu layihə dinin əsas simvollarından olan "azan"ı bütün dünyaya vahid bir dini mərasim kimi təqdim edəcək. Bu layihəyə əsasən bütün məscidlərdən azan bir səslə, eyni anda və eyni tempdə veriləcək. Azanın keyfiyyəti, kəmiyyəti və vaxtına heç kim müdaxilə edə bilməyəcək.

Şükri vurğulayıb: Bu layihənin əsas imtiyazı budur ki, ölkə məscidlərində azanlar orta yüksəklikdə veriləcək. Bu isə məscidin qonşularına, ətraf binalarda yaşayanlara və sair insanların işinə maneə icad etməyəcək. /3946982

Ad:
E-poçt:
* Comment:
* captcha: