IQNA

23:24 - January 16, 2021
Xəbər sayı: 3489057
Tehran (IQNA) -  Balkan ölkələri və Bosniyanın İslam Elmləri Akademiyasının "hədisşünaslı" üzrə tanınmış alimi Mahmud Əfəndi Karaliç cari ayın 11-də 71 yaşında ikən dünyasını dəyişib.

Bosniyanın İslam Elmləri Akademiyasının "hədisşünaslı" üzrə tanınmış alimi Mahmud Əfəndi Karaliç 1980-cı ildə Mədinə şəhərinin Hədis Elmləri müəssisəsinin ilk məzunlarından biri olub.

O, Əhli-Sünnənin məşhur "altı səhih" hədislər toplusunu Bosniya dilinə tərcümə edib.

Mahmud Əfəndi Karaliç (1950 - 2021) ölkəsində İslam maarifinin yayılması, təbliği və dini təbliğ edən şagirdlərin yetişdirilməsində böyük zəhmətlər çəkib.

O, Bosniya müharibəsində müsəlmanların 7-ci briqadasının komandiri olub. Ölkəsini müdafiə etmək üçün cavanları təşkilatlandıran və silahlandıran ilk mübarizlərdən olub.

Müharibədən sonra elmi fəaliyyətlərində davam edib. Elmi nailiyyətlərində görə bir neçə dəfə beynəlxalq mükafatlara layiq görülüb.

Mərhum Mahmud Əfəndi Karaliç müsəlmanların problemlərinin həlli üçün can yandıran bir şəxsiyyət idi. Radikal düşüncələri, təkfirçi zehniyyəti tənqid edirdi. İnsanlara sağlam ağıla dəvət edir və vəhabilərin Bosniyada mənfur planlarını aşkar bəyan edirdi. Buna görə də İŞİD-ə qarşı kəskin çıxışlar edərək Bosniyadan Suriyaya İŞİD terrorçularına kömək göndərənləri qınayırdı.

Bu mübariz ruhani və ilahiyyatçı alim İran İslam İnqilabı, İmam Xomeyni və İmam Xamenei həzrətlərinə olan sevgisini də gizlətməmişdi.

Mərhum alim cari həftənin Cümə Axşamı günü Bosniya əhalisinin və rəsmilərinin izdihamlı iştirakı ilə dəfn edilib.  /3947266

Ad:
E-poçt:
* Comment:
* captcha: