IQNA

7:27 - January 21, 2021
Xəbər sayı: 3489100
QMİ-nin sədri Şeyxülislam Paşazadə 44 gün davam edən müharibədə dünyanın dini liderləri, nüfuzlu beynəlxalq qurumların rəhbərlərinə müraciət edərək Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırmışdı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə 44 gün davam edən Vətən müharibəsində  dünyanın dini liderlərinə, nüfuzlu beynəlxalq qurumların rəhbərlərinə müraciət edərək Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırmışdı.
Şeyxülislam həzrətlərinin Roma Papası Fransiskə göndərdiyi məktuba Vatikandan cavab gəlib. Az.shafaqna.com QMİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Vatikan Dövlətinin katibliyinin rəhbər əvəzi Edgar Pena Parranın imzası ilə daxil olan sənəddə deyilir:
“Zati-aliləri,
Dağlıq Qarabağ bölgəsində yaranmış vəziyyətlə bağlı Roma Papası Fransisk həzrətlərinə göndərdiyiniz son məktuba görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Zati-müqəddəsləri Papa Fransisk Sizin məktubunuzu diqqətlə oxuyub, hadisələrin bütün Qafqaz xalqlarının rifahı naminə ədalətli və sülh yolu ilə həlli üçün dualar edir”.
Ad:
E-poçt:
* Comment:
* captcha: