IQNA

12:11 - January 23, 2021
Xəbər sayı: 3489120
Tehran (IQNA) - Fransanın müsəlman ayinləri şurasına (CFCM) daxil olan bir neçə təşkilat Fransanın İslam “prinsipləri xartiyası”nı birtərəfli şəkildə qınayıb.

Fransanın müsəlman ayinləri şurasına (CFCM) daxil olan bir neçə təşkilat Fransanın İslam “prinsipləri xartiyası”nı birtərəfli şəkildə qınayıb.

Onlar sənədin mətni ilə razı olmadıqlarını və onun “müsəlmanların şərəfinə zərbə vuracağını” bildiriblər.

Fransada Türkiyə müsəlmanlarının koordinasiya komitəsi (CCMTF), Milli Görüş İslam konfederasiyası (CMIG) və “Etiqad və təcrübə” hərəkatı bəyan ediblər ki, ölkə prezidenti Emmanuel Makrona təqdim edilən xartiyanı imzalamayıblar.

Onlar Makronun “dövlət, İslam və Fransa arasındakı münasibətlərin təməl mətni” adlandırdığı 10 bənddən ibarət sənədə düzəlişlər edilməsini istəyiblər.

Qeyd edək ki, son zamanlar Fransa bir çox müsəlman ölkələri ilə, xüsusən də Türkiyə ilə münasibətlərini gərginləşdirib. Prosesə isə Həzrət Muhəmmədə (ə) çəkilən karikaturaların yenidən nəşr olunması ilə start verilib. /Dailysabah

Ad:
E-poçt:
* Comment:
* captcha: