IQNA

İran XİN rəhbəri: Biz sevinirik ki, Azərbaycan öz torpaqlarını geri qaytarıb

22:12 - January 25, 2021
Xəbər sayı: 3489131
İran Xarici İşlər naziri qardaş Azərbaycan dövləti və xalqının öz ərazilərini yenidən azad etməsindən və bu gün Azərbaycan torpaqlarının artıq ölkə xalqının ixtiyarında olmasından məmnun olduqlarını qeyd edib.
Azərbaycanın paytaxtı Bakıya gələn İran Xarici İşlər naziri Cavad Zərif rəsmi səfəri çərçivəsində mühüm açıqlamalar verib.
"Bu səfəri həyata keçirə bildiyim üçün çox sevincliyəm" deyən Zərif əlavə edib: “Azərbaycandan əlavə, yaxın günlərdə Rusiya, Ermənistan, Gürcüstan və çox güman ki, həftə sonu Türkiyəyə də səfər edəcəyəm”.
Əsas müzakirə mövzusu, bizim üçün çox vacib olan bölgədə regional əməkdaşlıqdır deyən C.Zərif bildirib ki, Azərbaycan rəsmiləri ilə görüşdə Dağlıq Qarabağdakı vəziyyət və onun bərpası, eləcə də, burada əməkdaşlıq və sabitliyin qorunması barədə danışıqlar aparacağıq. 
O həmçinin bildirib: “Biz istərdik ki, azad edilmiş ərazilərin sakinləri ən qısa müddətdə yaşayış yerlərinə qayıda bilsinlər, bunlar bizim qohumlarımızdır və İnşallah bu barədə danışacağıq”.
Zərif əlavə edib: "Səfər zamanı biz həmçinin tranzit, Şimal-Cənub və Cənub-Qərb dəhlizləri ilə bağlı məsələləri dostlarımızla müzakirə edəcəyik".
captcha