IQNA

12:31 - January 30, 2021
Xəbər sayı: 3489165
Tehran (IQNA) - Tayvanın Taybey şəhərinin Came məscidi bu ölkənin ən məşhur və böyük ibadət ocaqlarından və turizm məkanlarından biridir.

Tayvanın Taybey şəhərinin Came məscidi bu ölkənin ən məşhur və böyük ibadət ocaqlarından və turizm məkanlarından biridir.

Tayvanın əhəmiyyətli İslami memarlıq əsələrindən biri hesab olunan bu məscin sahəsi 2747 kvadratmetrdir.

Bu məscid 1947-ci ildə inşa edilmiş və 1960-cı ildə təmir və bərpa işləri görülərək indiki formaya salınmışdır.

Məsicin iki mərtəbəsi var. Ümumilikdə namazqılan tutumu 1000 nəfərdir. Məscid İranın əl sənayesi olan xalça və lüstürlərlə bəzədilib.

Məscidin qəbul otağı, idarə ofisi və kitabxanası var.  

Taybeyin Came məscidi 1999-cu ilin İyun ayının 29-da şəhər rəsmiləri tərəfindən tarixi binalar siyahısına daxil edilmişdir.

Taybey məscidi dövlətin ölkə müsəlmanları ilə dostluq və həmrəylik rəmzi və müsəlman dövlətləri ilə yaxşı diplomatik əlaqələrinin qorunması simvoludur.

Bu məscid Tayvan ilə digər müsəlman ölkələri arasında yaxşı diplomatik və iqtisadi əlaqələrin qurulması və genişləndirilməsinə səbəb olub.

Taybey məscidindən əlavə bu ölkədə Kahusyung məscidi, Tayçung məscidi və Taybeyin Mədəniyyət məscidi də vardır.  /3949304

نگاهی به مهمترین بنای اسلامی تایوان + فیلم

 

نگاهی به مهمترین بنای اسلامی تایوان + فیلم

 

نگاهی به مهمترین بنای اسلامی تایوان + فیلم

 

نگاهی به مهمترین بنای اسلامی تایوان + فیلم

Teqlər: tayvan ، taybey ، came məscidi
Ad:
E-poçt:
* Comment:
* captcha: