IQNA

Fransa prezidentliyinə namizəd hicaba qadağa layihəsi hazırlayıb

23:45 - February 01, 2021
Xəbər sayı: 3489182
Tehran (IQNA) -  Fransanın radikal sağçı partiyasının rəhbəri və Fransa prezidentliyə namizəd Marin Lupen öz təbliğat kompaniyasında "hicaba qadağa layihəsi" ilə çıxış edib.

Tehran (IQNA) -  Fransanın radikal sağçı partiyasının rəhbəri və Fransa prezidentliyə namizəd Marin Lupen öz təbliğat kompaniyasında "hicaba qadağa layihəsi" ilə çıxış edib.

Fransa prezidenti Emmanuel Makronun əsas rəqibi sayıla Marin Lupen mətbuat konfransında ümumi məkanlarda hicabın və baş örtüsünün qadağan edilməsini təklif edib və bu geyimi "islamçılıq" adlandırıb.

İslami geyimlərin qadağan edilməsi barədə qanun qəbul edilməsi təklifi ilə çıxış edən radikal namizəd "islamçı ideologiyalar"ın qadağan edilməsini istəyib.

“Ouest-France” qəzeti yazır ki, Fransanın Marin Le Penin başçılıq etdiyi “Milli birlik” partiyası ictimai yerlərdə hicaba qadağanı nəzərdə tutan qanun layihəsini təqdim edib.

Sənəd Fransanın Milli Məclisində müzakirəsi başlayan hazırkı hökumət tərəfindən hazırlanan layihəyə alternativ kimi irəli sürülüb.

Qanun layihəsinin birinci bəndi kinoda, mətbuatda, kitabxanalarda və məktəblərdə “İslam ideologiyasının praktikası, nümayişi və kütləvi yayılmasının” qadağasını nəzərdə tutur.

Sənəddə “İslam ideologiyası” termininin konkret olaraq nəyi ehtiva etdiyi acıqlanmır, lakin onun Fransanın “hüquqları, azadlıqları və prinsipləri ilə ziddiyyət təşkil etdiyi” vurğulanır.

Qanun layihəsinin daha bir bəndinə əsasən əcnəbi islamçıların Fransa ərazisindən qovulması, “İslam ideologiyasını müdafiə edən təşkilatların buraxılması” və onların ibadət yerlərinə qadağa qoyulması nəzərdə tutulub.

Milli Birlik Partiyasının rəhbəri İslam dini barədə düşmən mövqe tutması və radikal islamofob kimi tanınır.

Onun bu təklifi Fransanın ana yasasına ziddir. Buna görə də Fransa məhkəməsi Marin Lupenin bu təklifini rədd edəcək.

Qeyd edək ki, bundan öncə 2017-ci ilin seçkilərində Marin Lupen təkcə 34 faiz səs toplamaqla Makrona uduzmuşdu.

O, bundan öncə də seçki təbliğatı kompaniyalarında müsəlman qadınlara hicabı qadağan edəcəyini və müsəlmanların Fransaya mühacirətinin qarşısını alacağını demişdi. /3951416

captcha