IQNA

Həzrət Zəhranın (s) mövluduna İmam Əlinin (ə) hərəmində bayram hazırlıqları

0:46 - February 02, 2021
Xəbər sayı: 3489185
Nəcəf şəhərində, İmam Əlinin (ə) hərəmində Peyğəmbərimizin (s) yadigarı, dünya və axirət xanımlarının seyyidəsi Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu üçün bayram hazırlıqlarına başlanılıb.

İraqın Nəcəfül-Əşrəf şəhərində, İmam Əlinin (ə) mütəhhər hərəmində Peyğəmbərimizin (s) yadigarı, dünya və axirət xanımlarının seyyidəsi Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu üçün bayram hazırlıqlarına başlanılıb.

Ötən gün (1 fevral) səhər duası vaxtı keçirilən mərasim İmam Əlinin (ə) hərəminin Heydəri Şərif səhnində baş tutub.

Hərəmin xuddamları Xanım Zəhranın (s.ə) şəninə şeirlər və qəzəllər oxuyublar və bu mövlud münasibətilə Mövla Əmirəl-möminin İmam Əlini (ə) təbrik ediblər.

Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu ərəfəsində İmam Əlinin (ə) pak hərəmi minlərlə tər gül-çiçəklə bəzədilib.

Bəzədilmə işləri çərçivəsində hərəmin səhnlərində, sütunlu dəhlizlərində və meydanlarında nəhəng mövlud bayraqları və plakatları asılıb.

Bundan başqa, hərəmin qızılı günbəzi, minarələri və sütunlarına mövlud bayrağı yerləşdirilib. İmamın (ə) mübarək qəbrinin qızılı zərihi, hərəmin bütün səhnləri və sütunlu dəhlizləri tər gül-çiçəkdən hazırlanmış gül çələngləri və dibçəkləri ilə bəzədilib. /imamali

 

 

 

 

captcha