Cenevrədə yerləşən Avro-Med Avropa Aralıq dənizi İnsan Haqları monitorinq təşkilatının hesabatında sionist İsrail rejimi tərəfindən Qəzza zolağının 15 illik mühasirəsinin bölgədə yaşamaq imkanlarını mümkünsüz hala gətirdiyini söyləyib. Təşkilat "15 illik mühasirəyə görə Qəzzada həyat acınacaqlı vəziyyətə çatıb" başlıqlı hesabatında, fələstin xalqının əzablarına son qoyulmasına çağırıb.
"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, insan haqları təşkilatı bildirir ki, İsrail rejiminin Qəzza zolağını mühasirəyə alması bölgənin humanitar vəziyyətinə, iqtisadiyyatına və sağlamlığına dağıdıcı təsir göstərir. Avro-Med Qəzza zolağının blokadasına təcili beynəlxalq həll tələb edən kollektiv cəza kimi baxdı. İHT Fələstin bölgələri üzrə sözçüsü Nadi Nabil qeyd edib ki, Qəzza zolağının mühasirəsi davam etdiyi təqdirdə, bölgədəki bütün sənaye sahələrinin çökəcək və tarixdəki ən pis humanitar böhranın baş verəcək.
Qeyd edək ki, sionist rejimi 2006-cı ildən etibarən Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) parlament seçkilərində qələbə qazandıqdan sonra, bölgəni mühasirəyə alaraq əraziyə yanacaq, qida, dərman və tikinti materialları da daxil olmaqla, zəruri məhsulların keçməsinin qarşısını alır. Birləşmiş Millətlər Təşkilatı əvvəllər Qəzza zolağının humanitar fəlakətlə üzləşdiyini və bölgənin artıq yaşayış üçün yararlı olmadığını bildirmişdi.