IQNA

Həzrət Fatimeyi-Zəhranın (s.ə) doğum günü – Qadınlar günü

22:51 - February 02, 2021
Xəbər sayı: 3489191
Həzrət Zəhranın (s) bu doğum günündə müsəlman qadının məqam və səviyyəsini düzgün müəyyənləşdirməyimiz yerinə düşər. Bu günü “Qadınlar günü”, “Analar günü” adlandırıblar. Bu, çox-çox yaxşıdır.

Həzrət Fatimeyi-Zəhranın (s.ə) bu doğum günündə müsəlman qadının məqam və səviyyəsini düzgün müəyyənləşdirməyimiz yerinə düşər. Bu günü “Qadınlar günü”, “Analar günü” adlandırıblar. Bu, çox-çox yaxşıdır.

Bu günə “Rəhbər günü” də demək olardı, heç bir problem olmazdı. “Ən ali insan günü” də demək olardı; amma bu gün bizim cəmiyyətimizin analığın mənasını dərk etməyə, evdar xanım olmağın, evdarlığın nə demək olduğunu bilməyə ehtiyacı var.

Fatimeyi-Zəhranın (s.ə) o məqamına, o şəninə, o əzəmətinə baxmayaraq, o, evdar bir xanımdır. Bu, onu alçaltmır. O əzəməti ilə onu alçaltmaq heç mümkün də deyil; heç o əzəməti kiçik hesab etmək olarmı? O əzəmət öz yerində qalır, amma o əzəmətli qadının missiyalarından, məşğuliyyətlərindən biri də həyat yoldaşı və yaxud ana olmaq, evdarlıq etməkdir. Gəlin bu anlayışlara bu prizmadan baxaq. (Ali Rəhbər Ayətullah Xameneinin Əhli-Beyt (ə) məddahları ilə görüşü zamanı etdiyi çıxışın bir parça – 23 /02/ 2017.)

Bu günün “Qadınlar günü”elan edilməsi hamıya, xüsusilə də bizim müsəlman ölkəmizin qadınları və qızlarına əbədi bir dərsdir. Bu dərs, qadınları özlərini təqva, iffət, elm, şücaət, iradə, övladların düzgün tərbiyəsi, ailəyə önəm vermək kimi yüksək mənəvi keyfiyyətlərlə bəzəməkdə Həzrət Fatimeyi-Zəhranın (s.ə) həyatından nümunə götürməyə yönəldir. (Ali Rəhbər Ayətullah Xameneinin ölkənin məddahları ilə görüşü zamanı etdiyi çıxışından – 12 /May/ 2012.)
 
Maide.az – Maarif bölümü
captcha