IQNA

23:12 - February 03, 2021
Xəbər sayı: 3489201
Tehran (IQNA) - Bu gün səhər "İslam İnqilabı Araşdırma Mərkəzi" və Beynəlxaql Əhli-Beyt Universitetinin həmkarlığı ilə "İslam İnqilabı: Refleksiya, Perspektiv, Modern Problemlər" adlı vebinar keçirilib.

Tehran (IQNA) - Bu gün səhər (3 Fevral 2021) Tehranda IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi), "İmam Xomeyni və İslam İnqilabı Araşdırma Mərkəzi" və Beynəlxaql Əhli-Beyt Universitetinin həmkarlığı ilə "İslam İnqilabı: Refleksiya, Perspektiv, Modern Problemlər" adlı vebinar keçirilib.

Fransanın "La Sorbonne" Tərbiyəvi Sosiologiya Universitetinin doktoru (1979), həmin ixtisas üzrə Livan universitetinin professoru, Livanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri (1990-2000), Livanın Təbiyəvi Elmlər Şurasının üzvü (2000-2001) və Livanın Maarif Universitetinin elmi müşaviri Təlal İtrisi bu gün səhər (3 Fevral 2021) Tehranda keçirilən  "İslam İnqilabı: Refleksiya, Perspektiv, Modern Problemlər" adlı vebinarda çıxış edib.

O, İran İslam İniqlabının nailiyyətlərini şərh edərək vurğulayıb: Bu gün Amerika və digər regional və qeyri-regional hegomon güclər və onların əlaltı dövlətləri regionun beynəlxalq məsələlərinə İranın fikrini sormadan girə bilmirlər və girmirlər, çünki bunu bilərlər ki, İranın istəyi olmadan bir söz demək və ya bir iş görmək olmayacaq. Bunu İran İslam İnqilabından sonra İranın daxilində, regionda və dünyada baş verənlər də belə izah edir.

Prof. Təlal İtrisi əlavə edib: İranın şahlıq rejimi Amerikanın nökəri idi. Şah rejimi üçün vəzifələri Amerika təyin edirdi. Amerika şahı Fars Körfəzinin polisi hesab edirdi. İran İslam İnqilabı müstəmləkəçilərin bu müdaxiləsini gözündə qoydu. Heç kimin İslami bir inqilabın baş verəcəyini gözləmədiyi halda bu baş verdi. Bütün dünyəvi məktəblər (sosializm, marksizm, nasionalizm və s...) şərq və qərb blokları tərəfindən himayə olunduğu halda şərq və qərblə hesablaşmayan "İslam Cümhuriyyəti Sistemi" quruldu. Bu quruluş digər İslam ölkələri üçün İslami qüdrətə arxalanan yeni inqilablar yaratmaq üçün üfürlər açdı. O zaman qədər elə təsəvvür yaranmışdı ki, İslam ölü bir dindir, təkcə məscid və qəbiristanlıqda xülasə olur və siyasi və sosial həyata heç bir bağlılığı yoxdur. Amma İran İslam İnqilabı insanları İslama baxışını dəyişdi. Dünya İslama daha fərqli bir yanaşma sərgilədi və insanlar fikri müstəvidə İslamla anlaşmağa çalışdılar və İslama baxışlarda dəyişiklik baş verdi.

İtrisi vurğulayıb: Dünyada bir çox hərəkat və cərəyanlar İran İslam İnqilabından təsirləndi. Onlar düşündülər ki, ölkələrinə hakim kəsilmiş diktator rejimlər İslami bir inqilabla aradan götürülə bilər. Buna görə də xülasə olaraq deməliyik ki, İran İslam İnqilabı müsəlmanların İslama arxalanmağını cəmiyyətlərdə diriltdi və onlarda dini siyasi fikri canlandırdı.

İtrisi vurğuladı: İran İslam İnqilabı bu ölkəni regionda və beynəlxalq səviyyədə söz sahibi etdi. İran siyasi, iqtisadi, hərbi, elmi və mədəni meydanlarda müstəqillik əldə etdi. Buna görə də İnqilab regionda geo-strateji səviyyədə məsələlərə təsir edə bildi. İran regionun azadlıq tələb edən hərəkatlara dəstək verdi. Bu isə Amerikanın İsrail vasitəsi ilə regiondakı hegomonluğuna böyük maneə yaratdı.

Qeyd edək ki, bu gün səhər (3 Fevral 2021) Tehranda keçirilən  "İslam İnqilabı: Refleksiya, Perspektiv, Modern Problemlər" adlı beynəlxalq vebinar keçirilib.

Vebinarda Livan, Malaziya, İngiltərə, Pakistan, İraq, İran və digər ölkələrdən tanınmış şəxsiyyətlər iştirak edirlər. /iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: