IQNA

Belçika məhkəməsi iranlı diplomatı 20 il həbsə məhkum etdi

23:45 - February 05, 2021
Xəbər sayı: 3489209
Ötən ilin noyabr ayında Avropada həbs edilən iranlı diplomat Belçikada məhkəmə qarşısına çıxarılıb. Məhkəmə ona 20 il həbs hökmü verib.

Ötən ilin noyabr ayında Avropada həbs edilən iranlı diplomat Belçikada məhkəmə qarşısına çıxarılıb. Məhkəmə ona 20 il həbs hökmü verib.

Az.shafaqna.com “Rasthaber Azərbaycan“-a istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Belçikanın Antverpen məhkəməsinin iranlı diplomat Əsədullah Əsədiyə qarşı 20 il həbs cəzasının verilməsinə dair hökmünü pisləyib.

İranın XİN sözcüsü  Səid Xətibzadə bununla bağlı brifinqdə danışıb.

“İran İslam Respublikası Belçikanın Antverpen məhkəməsinin iranlı diplomat Əsədullah Əsədiyə qarşı iyirmi il həbs cəzasının çıxarılmasına dair hökmünü qətiyyətlə pisləyir. Bundan öncə də bildirdiyimiz kimi, cənab Əsədinin həbs olunması üzrə bütün etaplar, məhkəmə prosesi və son qərarın çıxarılması qanunsuz olaraq, beynəlxalq hüquq normalarının, xüsusilə də diplomatik münasibətlər barədəki 1961-ci il Vyana konvensiyasının aşkar şəkildə pozulması deməkdir və İran İslam Respublikası onu heç bir vəchlə tanımır.”, -deyə o bildirib.

Xətibzadə sonra deyib: “Təəssüflə, Belçika və bəzi digər Avropa ölkələri münafiqlər terrorçu qaragüruhunun Avropa ərazisində inadkarcasına və düşməncəsinə atmosferyaratmasının təsiri altında bu kimi qanunsuz və əsaslandırılmaz hərəkətlərə əl atıblar. Buna görə, onlar ölkəmizin diplomatının hüquqlarının biabırçı tərzdə pozulmasına, o cümlədən cənab Əsədinin Almaniya və Belçikada həbsdə olduğu dövrlərdə üzləşdiyi qeyri-insani şəraitə görə cavabdeh olmalıdırlar.”

İranın xarici siyasət aparatının sözçüsü “İran İslam Respublikası cənab Əsədullah Əsədinin hüquqlarının bərpası və öz beynəlxalq öhdəliklərini pozmuş hökumətləri cavabdeh etmək istiqamətində mümkün olan bütün diplomatik və hüquqi yollara istinad etmək üzrə haqqını qoruyub saxlayır.”, deyə əlavə edib.

Qeyd edək ki, ötən ilin noyabr ayında Belçika prokurorluğu İran diplomatı Əsədullah Əsədini və digər üç nəfəri Parisdə İran Milli Müqavimət Şurasının (NCRI) mitinqinə hücum planlaşdırmaqda günahlandırıb. Sözügedən mitinqdə ABŞ Prezidenti Donald Trampın vəkili Rudi Culianı də çıxış etmişdi. Həmin vaxt Əsədi İranın Vynadakı səfirliyində üçüncü müşavir vəzifəsini tutub. Fransa rəsmiləri onun Cənubi Avropadakı kəşfiyyatdan məsul olduğunu və Tehranın əmri ilə hərəkət etdiyini bildirirlər.

Öz növbəsində, Tehran dəfələrlə ittihamları rədd edərək, terror qrupu hesab etdiyi NCRI-nin bu cür iddiaları əlində “yalançı bayraq” etdiyini bildirib. Əsədi ittihamlarla bağlı açıqlama verməsə də, onun vəkili diplomatın məhkəmə qarşısına çıxacağını təsdiqləyib.

Əsədi Almaniyada istirahət edərəkən tutulub və Belçikaya təhvil verilib. Bu ölkədə onun cinayəti birgə törətməyi planlaşdırdığı iddia olunan iki köməkçisi da həbs olunub. Həmin şəxlərdən yarım kilo partlayıcı maddəsi və bir partlayıcı qurğu götürüldüyü bildirilir. Belçika səlahiyyətliləri Əsədinin partlayıcı maddələri Tehrandan Vyanaya ticarət reysi ilə gətirdiyini güman edir.

captcha