IQNA

İndoneziya hökümətindən İslam atributlarına yaşıl işıq

23:51 - February 05, 2021
Xəbər sayı: 3489210
İndoneziya hökumətinin yeni qərarına əsasən, ölkə məktəbləri şagirdləri və əməkdaşları İslamın tələblərinə uyğun paltarları və ya dini atributları daşımağa məcbur və ya qadağan edə bilməyəcəklər.

İndoneziya hökumətinin yeni qərarına əsasən, ölkə məktəbləri şagirdləri və əməkdaşları İslamın tələblərinə uyğun paltarları və ya dini atributları daşımağa məcbur və ya qadağan edə bilməyəcəklər.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə yerli “Tempo” nəşri məlumat yayıb.

“Şagirdlər, müəllimlər və digər əməkdaşlar dini nişanəli paltarları seçib-seçməməkdə azaddırlar. Hökumət qurumları və məktəb direktorları dini nişanəli forma və atributları məcburi və ya qadağan edən qərarları ləğv etməlidirlər”, – İndoneziyanın təhsil naziri Nadiyem Makarim deyib.

Məktəblərə və regional hökumət idarələrinə bu qərarın icrasına 30 gün vaxt verilib. /iqna

captcha