IQNA

İsveçli xanım xəttat Qurani-Kərimi 20 il ərzində yazdı - Foto

9:54 - February 10, 2021
Xəbər sayı: 3489239
Tehran (IQNA) Katrina 20 il ərzində Qurani-Kərimin hamısını ərəb dilində yazmağı bacaran İsveçrə xəttatıdır. O bu fikrə 1986-cı ildə ərəb qrammatikasını öyrənməyə başladığı zaman gəldiyini deyib.

Katrina Ridman 1946-cı ildə İsveçrənin Sürix şəhərində anadan olub və uşaq yaşlarından ərəb hekayələrini çox sevib. Böyüyəndə qızına “Min bir gecə” hekayələrini də oxuyur. Ərəb dilinə olan sevgisi nəhayət onu ərəb xəttatlığına yönəldib. Beləliklə, İsveçrədə hətta ərəb dili məktəbi də açıb. 2000-ci ilin may ayında Qurani-Kərimi yazmağa başlayıb və 20 il davam edəndən sonra, keçən ilin noyabrında xüsusi xəttatlıqla Qurani-Kərimin yazılmasını sona çatdıra bilib.

Ridman Quran yazmaq fikrinin ona 1986-cı ildə ərəb qrammatikasını öyrətməyə başladığı zaman gəldiyini bildirib. O, daha sonra Beynəlxalq Dil Məktəbində ərəb dilini öyrənmək üçün 1993-cü ildə üş aylıq Qahirəyə getdiyini söyləyir. Bundan sonra hər il bir ay Qahirəyə səyahət edir və bir neçə il ərəb mədəniyyəti, memarlığı, ədəbiyyatı və mətbəxi ilə tanış olur.

“İslama heyran oldum və İslamın müsəlmanların gündəlik həyatında necə olduğunu gördüm. Xüsusilə Ramazan ayında məscid minarələrindən Quran ayələri eşidirdim. Məğrib namazından əvvəl televiziyada Quran tilavətini də dinlədim və Şeyx Məhəmməd Mahmud Ət-Təbləvinin səsini xüsusilə bəyəndim.

İsveçrə radiosundan bir qadının İncili öz əl yazısı ilə yazdığını eşitdikdə özümə dedim ki, mən də Quranı yaza bilərəm. Xüsusilə hərəkətləri və rəmzləri ilə ərəb xəttatlığını sevirəm və gözəl yazı xəttinə sahibəm”, - deyə isveçrəli xanım danışıb.

İsveçrəli xəttat, ərəb xəttatlığını gözəllikləri ilə bir möcüzə hesab etdiyini qeyd edir. Vaxtilə rəssam olduğunu və Sürixdəki Yeni Rəssamlıq Məktəbində dərs dediyini qeyd edir. Ərəb xalqının şəkillərini çəkir və sərgilər keçirib.

Katrina Ridman 1995-ci ildə dil ilə maraqlananlara ərəb dilini öyrətmək üçün Ərəb İlahiyyat Məktəbini qurdu və koronavirus epidemiyasına görə dil öyrənənlərin sayının azalmasına baxmayaraq, həftədə iki gün fəaliyyət göstərir.

Həm Qərb, həm də Ərəb mədəniyyətlərindəki həyatı haqqında bu iki mədəniyyətlə əlaqəli olmanın onu daha çox məlumatlandırdığını vurğulayaraq, belə deyib: “İslam dini indi cəmiyyətlərə çox pis şəkildə göstərildi, bu səbəbdən bu dinin gözəl tərəflərini başqalarına da göstərmək vacibdir”. /3952870/


کاترینا ریدمن؛ بانوی سوئیسی که قرآن را در طول ۲۰ سال کتابت کرد + عکس
 
کاترینا ریدمن؛ بانوی سوئیسی که قرآن را در طول ۲۰ سال کتابت کرد + عکس
 
کاترینا ریدمن؛ بانوی سوئیسی که قرآن را در طول ۲۰ سال کتابت کرد + عکس
 
کاترینا ریدمن؛ بانوی سوئیسی که قرآن را در طول ۲۰ سال کتابت کرد + عکس
 
کاترینا ریدمن؛ بانوی سوئیسی که قرآن را در طول ۲۰ سال کتابت کرد + عکس
 
کاترینا ریدمن؛ بانوی سوئیسی که قرآن را در طول ۲۰ سال کتابت کرد + عکس
captcha