IQNA

10:10 - February 10, 2021
Xəbər sayı: 3489241
O, kimya fakültəsinin məzunu olsa da, döyüş sənətləri ilə də yaxından maraqlanır. Nilufər əl zərbəsi ilə kərpicləri qıra bilir və ötən il o, bir dəfəyə 150 kərpici sındırıb.

Pakistanlı müsəlman xanım Nilufər Şirazi öz adını Ginnesin Rekordlar kitabına həkk etdirə biləcək addım atıb.

O, kimya fakültəsinin məzunu olsa da, döyüş sənətləri ilə də yaxından maraqlanır. Nilufər əl zərbəsi ilə kərpicləri qıra bilir və ötən il o, bir dəfəyə 150 kərpici sındırıb.

Bu dəfə isə pakistanlı xanım öz rekordunu təzələməklə yanaşı, həm də Ginnesin Rekordlar Kitabına daxil ola bilib. O, 1000 ədəd kərpici bir-birinin ardınca qırıb.

1000 kərpici əl zərbəsi ilə sındırmaq onun 27 dəqiqəsini alıb.

“Biz tədbirin tam videosunu Ginnes kitabının təşkilati komitəsinə göndərəcəyik ki, Nilufəri kərpicqırma kateqoriyasında rekordçu kimi qeydə alsınlar”, – deyə tədbir təşkilatçısı İmtiyaz Əhməd bildirib.

Ad:
E-poçt:
* Comment:
* captcha: