IQNA

15:31 - February 11, 2021
Xəbər sayı: 3489250
Tehran (IQNA) -  Qırğızıstan respublikasının paytaxtı Bişkek şəhərinin Milli Kitabxanası İran İslam İnqilabının 42-ci ildönümü mərasiminə evsahibliyi edib.

Tehran (IQNA) -  Qırğızıstan respublikasının paytaxtı Bişkek şəhərinin Milli Kitabxanası İran İslam İnqilabının 42-ci ildönümü mərasiminə evsahibliyi edib.

İran İslam İnqilabının ildönümü mərasimi İranın Bişkekdəki Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilib.

Mərasimdə hər iki ölkənin rəsmiləri, tanınmış elm, mədəniyyət və siyasət adamlarından 200 nəfərə yaxını iştirak edib.

Mərasim çərçivəsində İran İslam İnqilabı barədə məlumat verən kitab, poster və infoqrafika sərgisi təşkil edilib, bəzi yeni kitab və jurnalların açılış mərasimi keçirilib.

Bu mərasimdə Qırğızıstan Milli Kitabxanasının rəisi Jıldız Bakaşova və qırğızıstanlı yazar Beykcan Əhmədov çıxış edərək İran İslam İnqilabının ildönümü münasibəti ilə İran xalqını təbrik edib və İran Mədəniyyət Mərkəzinə fəaliyyətində uğurlar arzulayıblar. /3953425/

 

Ad:
E-poçt:
* Comment:
* captcha: