IQNA

8:14 - February 12, 2021
Xəbər sayı: 3489254
Tehran (IQNA) - Baş yepiskop Mitya Leskovarın rəhbərlik etdiyi Vatikanın nümayəndə heyəti İmam Əlinin (ə) müqəddəs ziyarətgahını ziyarət etmək şərəfinə nail olub.

Baş yepiskop Mitya Leskovarın rəhbərlik etdiyi Vatikanın nümayəndə heyəti İmam Əlinin (ə) müqəddəs ziyarətgahını ziyarət etmək şərəfinə nail olub.

Baş yepiskop Leskovar İmam Əlinin (ə) hərəminə ziyarəti vaxtı hərəmin ictimaiyyətlə əlaqələr departamentinin rəsmiləri ilə görüşüb.

Roma Papasının nümayəndəsinə Heydəri Şərif həyətində İmam Əlinin (ə) hərəminin tarixi və arxeoloji xüsusiyyətlətindən danışılıb və hərəmin yenidənqurma və genişləndirmə işləri barədə məlumatlar verilib.

Baş yepiskop Mitya Leskovar Nəcəfül Əşrəf şəhərində və müqəddəs ziyarətgahda ilk dəfə olduğunu qeyd edərək, burada olmaqdan heyrətləndiyini gizlətməyib: “Bu yer bir çox inanclı üçün müqəddəsdir, hörmət və minnətdarlığımı bildirməyim üçün qiymətli bir fürsətdir və bu ziyarət mənim üçün son dərəcə vacibdir.

Bu müqəddəs yer dinlər tarixindən əvvəl insanlıq tarixi ilə əlaqədardır və bu mənim onun haqqında hafizəmdə olan şeydir. Biz ümumiyyətlə insanlıqda qardaş kimi birləşmişik. Səmimi qarşılanmaya və səxavətli qonaqpərvərliyə görə çox sağ olun, Allah hamınızı qorusun”. /3953540/

 
Ad:
E-poçt:
* Comment:
* captcha: