IQNA

NÜCƏBA təşkilatının sözçüsü:
23:09 - February 12, 2021
Xəbər sayı: 3489261
NUCƏBA İslami Müqavimət Təşkilatının sözçüsü Mühəndis Nəsr əş-Şəmməri İran İslam İnqilabının 42-ci ildönümü münasibəti ilə IQNA- ya İslam İnqilabının regiondakı təsirindən danışıb.

İraqın ən-NUCƏBA İslami Müqavimət Təşkilatının rəsmi sözçüsü Mühəndis Nəsr əş-Şəmməri İran İslam İnqilabının 42-ci ildönümü münasibəti ilə IQNA- ya (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam İnqilabının dünyada və regiondakı təsirlərindən danışıb.

O, regionda imperializm əleyhinə formalaşmış müqavimət dəstələrinin hərbi döyüş siyasəti yürütmək mərhələsinə qədər yüksəldiyinə işarə edərək deyib: Amerika və İsrail müasir dövrdə heç bir qüdrətin qarşısında məğlub olmamışdılar. Bu iki hərbi imperialist gücün dünya və regiondakı qorxulu heybətini və zəhmini İmam Xomeyni (r.ə) məktəbinin yaratdığı müqavimət hərəkatı məhv etdi.

əş-Şəmməri əlavə edib: İran İslam İnqilabından öncə İraq şiələri üçün aydın bir siyasi politika yox idi. İraq cavanları müxtəlif qərbyönümlü cərəyanlara qoşulurdular. İmam Xomeyninin (r.ə) İranda inqilabı hərəkatı başlatması və Səhid Sədrin bu hərəkatı dəstəkləməsi İraqda yeni fikri bir oyanış və hərəkat yaratdı.

İraqın ən-NUCƏBA İslami Müqavimət Təşkilatının rəsmi sözçüsü vurğulayıb: Əgər İran İslam İnqilabı olmasaydı terrorizm bütün regionu və İslam dünyasını bürüyəcəkdi. Region ölkələrinin hamısında vəhabi rejimləri hakimiyyətə gətiriləcək və müsəlman millətləri qula çevirəcəkdilər. Bu təkfirçi terroristləri yaradan Amerika və İsrail isə bundan faydalanacaq və özləri təhlükəsiz yaşayacaqdılar.

آماده//شکست‌ هیمنه آمریکا و اسرائیل فقط از مکتب خمینی کبیر(ره) برمی‌آمد/ مقاومت؛ موازنه کننده قدرت

Mühəndis əş-Şəmməri əlavə edib: İslam İnqilabı yeni bir müqavimət hərəkatı yaratdı. Gənc nəsil bu təfəkkürlə böyüdü. Bu gün isə müqavimət müdafiə halından çıxaraq hücum formatında irəliləyir.

O vurğulayıb: Bu bir haldadır ki, İslam İnqilabından qabaq qərbin himayə etdiyi "Bəəs" rejimi İslami cərəyanları münzəvi etmişdi. Heç bir şiə hərəkatı yox idi. Təkcə Şəhid Sədrin və "İslami Dəvət Partiyası"nın fəaliyyəti idi ki, onu da Səddam amansızlıqla aradan götürdü, Şəhid Sədri və bacısını faciəli şəkildə öldürdü və tərəfdarlarını edam etdi. İmam Xomeyni (r.ə) hərəkatından sonra isə minlərlə mömin cavan Şəhid Sədrin yolunu gedərək İslam İnqilabında əridilər. İslam İnqilabının hədəf və şüarlarını izlədilər, davam etdirməyə çalışdılar. Həmin hidayət şöləsi bu gündə sönməyib və davam edir. İraqın bütün cihadi İslam fəaliyyətlərində İslam İnqilabının prinsipləri və Ali Məqamlı Rəhbərin armanları təsirə malikdir.

əş-Şəmməri vurğulayıb: İslam İnqilabından öncə heç kim Amerika və İsrailə qarşı çıxmaq barədə söhbət belə etmirdi. Bundan söz açanları səviyyəsiz danışmaqda ittiham edirdilər. İsrail rejimi də Livanı öz qoşunlarının musiqi qrupu ilə almaqdan danışdırdı. İslam İnqilabının müqavimət cərəyanını yaratması İsrailin məğlubedilməzlik "mif"ini yox etdi. Livanın İslami Müqavimət Hərəkatı (HİZBULLAH) 33 günlük müharibədə İsrailin yenilməz güc olmasının bir nağıl olduğunu dünyaya isbatladı.    

NÜCƏBA-nın sözçüsü vurğulayıb: İslam İnqilabının baş verməsi və bu inqilabın başında Ali Məqamlı Rəhbər kimi şücaət və hikmət sahibinin durması Allahın lütfüdür. Əgər bu mübarək vücud, mərcəiyyətin dəstəyi və İslam cümhuriyyəti olmasaydı, regionda təkfirçi cərəyanların qarşısını alacaq və ən qısa zamanda məğlub edəcək bir güc yox idi. Allaha şükürlər olsun ki, İslam İnqilabının baş verdiyi bir dövrdə yaşayırıq və gözlərimiz Məhəmməd (s) düşüncəsi, Əli (ə) şüacaəti və Hüseyn (ə) müqaviməti yolunda möhkəm dayanmış bir rəhbəri görməklə nurlanıb.

Biz yaşadığımız əsr Həzrət Məhəmməd (s) sünnəsin bütün dünyaya yayılacağı və İslam düşmənlərinin məhv ediləcəyi bir əsrdir.

Bu hərəkat Həzrət İmam Zamanın (ə.f) zühuruna zəmin yaradacaq bir hərəkatdır. /3953121

Ad:
E-poçt:
* Comment:
* captcha: