IQNA

20:58 - February 14, 2021
Xəbər sayı: 3489269
Tehran (IQNA) - İran İslam Respublikasının Pakistan İslam Cümhuriyyətinin Lahur əyalətindəki Mədəniyyət Mərkəzinin rəisi Lahur əyalətin "Urvətul-Vusqa Dini Elmi Hövzəsi"ni ziyarət edib.

Tehran (IQNA) - İran İslam Respublikasının Pakistan İslam Cümhuriyyətinin Lahur əyalətindəki Mədəniyyət Mərkəzinin rəisi Lahur əyalətin "Urvətul-Vusqa Dini Elmi Hövzəsi"ni ziyarət edib.

İranı Lahurdakı Mədəniyyət Mərkəzinin məsulu Cəfər Runas və İranın Lahurdakı konsulluğun digər iki işçisi "Urvətul-Vusqa Dini Elmi Hövzəsi"nin məsulu Höccətil-İslam vəl-Müslimin Əllamə Seyyid Cavad Nəqəvi ilə görüşüblər.

İkitərəfli görüşdə İran və Pakistan arasında mədəni və elmi əlaqələrinin genişləndirilməsi, o cümlədən Quran araşdırmaları sahəsində müştərək fəaliyyət barədə danışılıb.  

"Urvətul-Vusqa Dini Elmi Hövzəsi"nin məsulu Höccətil-İslam vəl-Müslimin Əllamə Seyyid Cavad Nəqəvi mərdəsənin fəaliyyətləri barədə ətraflı məlumat verib və bildirib ki, Dini Elmi Hövzə dövlət tərəfindən rəsmi qeydiyyatdan keçirilib və tələbələrə Bakalavr və Magistratura səviyyəsində rəsmi diplom verilir.

Əllamə Nəqəvi bu görüşdə İran İslam İnqilabının nailiyyətlərinə işarə edib və İran xalqının imperializm qarşsında müqavimətinin bütün müsəlmanlar üçün nümunə olduğunu vurğulayıb.

Daha sonra İran Mədəniyyət Mərkəzinin məsulları Lahurun Elmi Dini Hövzəsinin digər tələbə və alimləri ilə ümumi görüş keçiriblər. Mədrəsədə təhsil alan yüzlərlər tələbə İran İslam İnqilabının 42-ci ildönümü münasibəti ilə İslam İnqilabı baş verən dönəmdəki nəğmələrdən birini səsləndiriblər.  /3953774

Ad:
E-poçt:
* Comment:
* captcha: