IQNA

Əlcəzayirdə bütün məscidlərin fəaliyyəti yenidən bərpa edilir

8:26 - February 16, 2021
Xəbər sayı: 3489286
Tehran (IQNA) -  Əlcəzayirin prezident administrasiyası ölkə ərazisində koronavirus infeksiyasına yoluxanların sayının azalması səbəbi ilə bütün məscidlərin açılacağı xəbərini yayıb.

Tehran (IQNA) -  Əlcəzayirin prezident administrasiyası ölkə ərazisində koronavirus infeksiyasına yoluxanların sayının azalması səbəbi ilə bütün məscidlərin açılacağı xəbərini yayıb.

Əlcəzayirin prezident administrasiyasının bu barədə yaydığı bəyaniyyədə deyilir ki, dövlət koronavirusun yayılmasına qarşı qabaqlayıcı tədbirlərə riayət etmək çərçivəsində ölkə ərazisində məscidlərin fəaliyyətini yenidən bərpa edir.

Bəyaniyyədə dövlətə aid mərkəzlərdə, xüsusi idarə, mərkəz və obeyktlərdə və hotellərdə də fəaliyyətin yenidən bərpa olunacağı qeyd edilib.

Həmçinin elan edilib ki, gecə saat 22:00-dan sübh saat 5:00-dək ölkənin 48 əyalətindən 19-da tətbiq edilən kamendant saatı davam edəcək.

Habelə toy və yas mərasimləri və etiraz aksiyaları ilə bağlı kütləvi toplantı qadağası öz qüvvəsində qalır. / 3954286   

captcha