IQNA

Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin genişləndirilməsi davam edir

10:32 - February 17, 2021
Xəbər sayı: 3489293
Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahındakı təmir və mühəndis tikinti şöbəsinin işçiləri, Qiblə qapısının hər iki tərəfində ən böyük genişləndirmə işlərinin birinə başlayıblar.

Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahındakı təmir və mühəndis tikinti şöbəsinin işçiləri, Qiblə qapısının hər iki tərəfində ən böyük genişləndirmə işlərinin birinə başlayıblar.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "al-Kafeel"-ə istinadən xəbər verir ki, küçədə əvvəllər mövcud olan binaların bir çoxu sökülüb və dağıntılarının qaldırılması işləri başa çatdırılıb. Xarici genişləndirmə layihəsi zəvvarlara bir çox xidmətlərin təmin olunmasına imkan yaradacaq, bunların arasında ən əsası rahatlıqdır. Belə ki, zəvvarlar üçün yol və matəm alaylarının hərəkəti və bu küçədə əvvəllər, xüsusilə milyonların ziyarət etdiyi mövsümlərdə sıxlığın azaldılması mümkün olacaq.

Küçəyə əlavə edilmiş ərazinin (1610) kvadratmetr olduğu təxmin edilir, uzunluğu 115 metr və eni 14 metr olan küçə, əlavə 5 metr enlənir.

 

captcha