IQNA

Xorvatiyalı heykəltaraşın modern məscidlər üçün abstrakt dizaynı - Foto

10:01 - February 22, 2021
Xəbər sayı: 3489325
Tehran (IQNA) -  Xorvatiyanın Riyeka şəhərinin İslam Mərkəzi və Məscidi özünəməxsus və maraqlı memarlığı ilə dünyada məşhurdur. Bu İslam mərkəzi və məscidini xorvatiyalı bir heykəltaraş dizayn edib.

Tehran (IQNA) -  Xorvatiyanın Riyeka şəhərinin İslam Mərkəzi və Məscidi özünəməxsus və maraqlı memarlığı ilə dünyada məşhurdur. Bu İslam mərkəzini və məscidini hansısa bir memar deyil, Dusan Dzamjonja adlı xorvatiyalı bir heykəltaraş dizayn edib.

Bəzilərinin fikrincə bu məscidin memarlıq üslubu və dizaynı dini və mədəni bir bina inşasının fövqündə olan bir əsərdir.

Məscidin inşasında istifadə edilmiş incəsənət incəliyi məscidə xüsusi mahiyyət vermiş və turistlərin marağını cəlb edə bilmişdir.

Xorvatiyanın Riyeka şəhəri də Avropanın ən gözəl məzhəbi binalarından birinə sahib olduğu məşhurdur.

Riyekanın İslam Mərkəzi və Məscidi (The Rijeka Islamic Centre) Balkan regionunda inşa edilən ən müasir məscidlərdən biridir.

Bu məscid 2009-cu ildə Aralıq dənizi ölkələrinin İslami memarlıq üslubunda tikilib.

Riyeka şəhəri dənizkənarı şəhər olduğu üçün məscidin tikintisində rütubətə davamlı materiallardan istifadə edilib.

Məscidin günbəzi həndəsi fiqurlar əsasında dizayn edilib. Daha çox bir heykələ oxşayır. Beş ayrı hissəyə bölünüb. Amma vizual görünüşdə vahid bir struktur kimi görünür.  

Dörd mərtəbəli binanın infrastrukturu 3612 metr sahədə yerləşdirilib. Minarənin hündürlüyü 24 metrdir.

Məsciddə xanımlar üçün şəbistan, konfrans zalı, restoran, dini dərslər üçün hücrələr və parkin var.

Qeyd edək ki, Riyeka şəhəri müsəlman əhalisinin çoxluğuna görə Xorvatiyanın ikinci şəhəridir.  /3954143

VİDEO

معماری خاص مسجدی در کرواسی+فیلم

 

معماری خاص مسجدی در کرواسی+فیلم

 

معماری خاص مسجدی در کرواسی+فیلم

captcha