IQNA

16:14 - February 25, 2021
Xəbər sayı: 3489343
Nigeriya xalqı paytaxtı Abuca şəhərində Nigeriya İslam Hərəkatının (İMN) lideri Şeyx İbrahim Zəkzəkinin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edərək, gündəlik nümayişlərini davam etdirirlər.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Deyerler.org-a istinadla xəbər verir ki, fevralın 22-si paytaxt Abucadakı küçələrə çıxan etirazçılar, səhhətlərinin ağır olmasına baxmayaraq, həbsxanada saxlanılan Şeyx İbrahim Zəkzəki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.

Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər.

Nigeriyanın Kaduna əyalətində Şeyx İbrahim Zəkzəkinin davamçıları tərəfindən təşkil edilən başqa bir mitinqdə şeyx və həyat yoldaşı Malama Zinətin qanunsuz həbslərinə dərhal və qeyd-şərtsiz son qoyulması tələb edilib. 

Ad:
E-poçt:
* Comment:
* captcha: