Tehran (IQNA) - Türkiyənin məşhur Quran xətmçisi 85 yaşlı Əli Cankər dədə cari həftənin Cümə günü (26 Fevral 2021) xəstəliyi səsəbi ilə əməliyyat edildiyi zaman dünyasını dəyişib.
Əli Cankər dədə Türkiyənin Sakarya əyalətinin sakini idi.
Vəfatından sonra onun 20 il ərzində Qurani-Kərimi 1000 dəfə xətm etməsi sosial şəbəkələr və kütləvi informasiya vasitələrində geniş müzakirə edilib.
Əli Cankər dədənin oğlu Mətin deyir: Atamın vəfatından sonra onun Quranını açaraq ruhunun şadlığı üçün Quran oxumaq istədim. Gördüm ki, atam Quranın müxtəlif səhifələrinin arasında yaddaştlar qoyub. Cədvəl şəkilində olan bu yaddaştlardan anladım ki, atam 20 il ərzində Qurani-Kərimi 1000 dəfə xətm edib.
Mətin əlavə edib: Atam bu cədvəllərdə Quran xətmlərinin sayını hər il üçün ardıcıl olaraq yaddaşt edib. Cədvəllərə əsasən atam hər gün ortalama hər vacib namazdan sonra bir cüz Quran oxuyurmuş. Beləliklə 2019-cu ilədək Qurani-Kərimi 1000 dəfə xətm edib.
O vurğulayıb: "Atam beş il öncədən özünün qəbir daşını da alıb hazır qoymuşdu. Həmin daşı məzarı üstünə qoyduq. Allah məkanını cənnət etsin". /3956473