IQNA

İraqda Roma Papası üçün posterlər hazırlandı - Foto

17:54 - March 06, 2021
Xəbər sayı: 3489408
Vatikanın rəhbərinin İraqa səfəri münasibəti ilə terrorizmlə mübarizəyə rəhbərlik edən və ABŞ tərəfindən terror edilən Şəhid Əbu Mehdi və Şəhid Süleymaninin fotoları küçələrə vurulub.

Katolik xristianların lideri Frensiskonun İraqa gəlişi ilə İraq sosial media istifadəçiləri İran İslam Respublikasının Qüds Qüvvələri komandiri general Qasim Süleymani və "Həşd Şəbi"nin sədr müavini Əbu Mehdi əl-Mühəndisin İraq xristianları üçün etdikləri fədakarlıqları əks etdirən qrafik dizaynlarını yayımlayıblar.  

İraqlı istifadəçilər ilk qrafiklərində general Qasim Süleymaninin əlinin həlak olduqdan sonrakı şəklini yayımlayaraq, onun İraqdakı İŞİD terror təşkilatına qarşı apardığı mübarizəyə və səylərinə toxunaraq yazıblar: "Görəsən, Papa bilir? Kilsə zənglərini geri qaytaran bu əl idi".  

İkinci qrafikdə isə belə yazılıb: "Ayətullah Sistaninin fətvası və "Həşd Şəbi"nin və müqavimətin rolu olmasaydı, nə xristianlıq, nə də kilsə İraqda qalardı və adları da yad edilməzdi. Təşəkkürlər, Ayətullah Sistani. Təşəkkürlər, "Həşd Şəbi" və müqavimət".  

Üçüncü qrafikdə ABŞ tərəfindən "Həşd Şəbi"nin sədr müavininə sui-qəsddən bəhs edilib və aşağıdakı ifadələr qeyd olunub: "Görəsən, Papa bilir? Amerika kilsələr üçün asayişin rəmzi olan Mühəndisini öldürdü".  

Dördüncü qrafikdə də üçüncü qrafikin davamı olaraq Əbu Mehdi əl-Mühəndisə toxunularaq bu ifadələr yer alıb: "Kilsə əhlinin gülüşünün rəmzi".  

Beşinci qrafikdə belə yazılıb: "Görəsən, Papa bilir? Amerika kilsələri İŞİD-in cəngindən xilas edənləri öldürdü".

Eastnews 

captcha