IQNA

İİR-nın beynəlxalq Quran yarışlarının ilk gecəsinin proqramı - Foto

9:49 - March 07, 2021
Xəbər sayı: 3489412
Tehran (IQNA) - Virtual keçirilən yarışların final mərhələsi ötən gecə, (Şənbə, 6 mart 2021), günün ikinci yarısında, yerli vaxtla saat 19:00-da öz işinə başlayıb və axşam saat 23:00-dək davam edib.

İran İslam Respublikasının 37. Beynəlxalq Qurani-Kərim Yarışlarının final mərhələsi ötən gecə (6 Mart 2021) öz işinə başlayıb.

Virtual keçirilən yarışların final mərhələsi ötən gün, (Şənbə, 6 mart 2021), günün ikinci yarısında, yerli vaxtla saat 19:00-da öz işinə başlayıb və axşam saat 23:00-dək davam edib.

Ötən gecə Qurani-Kərimin "tərtil" tilavəti üzrə rəqabətlərə Suriya, Misr, İraq, Hollandiya, İran, İndoneziya, Livan, Çad və Nigeriyadan olan iştirakçılar qatılıblar.      

Bu yarışlar gələn həftənin Çərşənbə Axşamı gününədək hər gün yerli vaxtla saat 19:00-dan axşam saat 23:00-dək davam edəcək.

Yarışların yekun mərasimi Rəcəb ayının 27-də, əziz İslam Peyğəmbərinin (s) "besət" günü, Məbəs bayramında keçiriləcək. /3957955

captcha