IQNA

10:14 - March 08, 2021
Xəbər sayı: 3489416
Dünya katoliklərinin rəhbəri Papa Fransis Bağdadın «Mar Yusif» kilsəsində yüksək vəzifəli iraqlı rəsmilərin iştirakı ilə «Rəbbin süfrəsi» mərasimini keçirib.

Dünya katoliklərinin rəhbəri Papa Fransis Bağdadın «Mar Yusif» kilsəsində yüksək vəzifəli iraqlı rəsmilərin iştirakı ilə «Rəbbin süfrəsi» mərasimini keçirib.
Həftənin Şənbə gecəsi (6 Mart 2021) təşkil olunan bu mərasimdə İraqın prezidenti Bərhəm Salih, baş naziri Mustəfa Əlkazimi və parlament sədri Muhəmməd Əlhəlbusi, həmçinin bu ölkənin siyasi qruplarının liderləri və digər məsul şəxslərdən bir qrupu iştirak edib.

Papa Fransis cümə günü İraqa daxil olub və daxil olan kimi də bu ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşüb.

Papa dünən səhər Nəcəfi-Əşrəf şəhərində İraq şiələrinin ali mərcəyi Ayətullah Seyyid Əli Sistani ilə görüşüb. Bu görüş, medialarda geniş əks-səda doğurub.

Papa və onu müşayiət edən heyət İraqın Ziqar vilayətində Həzrət İbrahim(ə)-ın doğulduğu qədim Ur şəhərində də olubdur.

Papa Fransis bu gün Neynəva vilayətinə səfər edəcək.

Ad:
E-poçt:
* Comment:
* captcha: